Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

BDU-nun professor-müəllim heyəti Gəncədə Mir Cəlal Paşayevin ev-muzeyində - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət edib.

tehsilmedia.info xəbər verir ki, BDU-nun rektoru Elçin Babayev görkəmli alim, pedaqoq Mir Cəlal Paşayevin xatirəsini özündə yaşadan bu muzeyi ziyarət etməyin mənəvi borc olduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, BDU tərəfindən böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. BDU-nun tələbələri arasında Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə qısa hekayə müsabiqəsi elan olunub. BDU əməkdaşları və tələbələri "Ədibin evi”ni ziyarət ediblər. Aprelin 18-də isə BDU-da böyük yazıçı və alimin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib: "BDU-nun nüfuzlu professoru, sevimli müəllimi kimi xatirələrdə daim yaşayan Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını, tələbələrini sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". Bu, Mir Cəlal müəllimin ailəsinə, övladlarına olan məhəbbətinin təzahürü idi".

Sonra rektor Elçin Babayev ev-muzeyinə görkəmli ədibin az nüsxədə mövcud olan "Seçilmiş hekayələr (1940)", "Sevinc (1950)" kitablarını  və "Bestcomp” şirkətinin dəstəyi ilə alınan kömpüter dəstini hədiyyə edib.

ADA Universitetinin rektoru Hafiz Paşayev Mir Cəlal irsinin öyrənilməsi və təbliği istiqamətində BDU-nun təşəbbüsünü alqışladığını, tələbələrin də bu işdə yaxından iştirakından sevinc hissi keçirdiyini bildirib. Hafiz Paşayev qeyd edib ki, Mir Cəlalın ailəsi həm də Bakı Dövlət Universiteti, buradakı minlərlə tələbəsi idi.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mir Cəlal Paşayevin ədəbi irsinin bütün nəsillər üçün əsl məktəb olduğunu vurğulayıb.

Daha sonra BDU-nun tələbələri arasında böyük yazıçı və alim Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə elan edilmiş qısa hekayə müsabiqəsinin nəticələri elan olunub. Müsabiqədə I yerə Filologiya fakültəsinin IV kurs tələbəsi Fidan Hüseynova, II yerə II kurs tələbəsi Nuridə İsmayılova, III yerə Hüquq fakültəsinin II kurs tələbəsi Nurlanə Şirinova layiq görülüblər.

Mexanika-riyaziyyat fakültəsinin II kurs magistrantı Fatimə Musayeva və Filologiya fakültəsinin I kurs tələbəsi Aytac Salahlı müsabiqənin xüsusi mükafatını qazanıblar.

Müsabiqədə I yerin qalibi Fidan Hüseynova öz hekayəsini oxuyub.

Daha sonra BDU rektoru muzeyin "Xatirə kitabı”na ürək sözlərini yazıb.

Oxşar xəbərlər

Bütün xəbərlər