Xəbər lentiwidget-title-icon

Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi
Tbilisidə I Azərbaycan-Gürcüstan Rektorlar Konfransı keçirilir
Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edib
AzTU Çin universiteti ilə əməkdaşlığı genişləndirir
Respublika Fənn Olimpiadalarına qeydiyyat davam edir
"Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır - SƏRƏNCAM
“Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti 5 ildən 2 ilə endirilir
Dövlət Qulluğu Məcəlləsi qüvvəyə minib
Eksternat imtahanlarında iştirak üçün sənəd qəbulu başlayıb
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi keçiriləcək
Emin Əmrullayev Naxçıvan Muxtar Respublikasına səfər edib
Nəhəng asteroid Yerə yaxınlaşarsa, bəşəriyyət nə edəcək?
Bu gün məktəblərdə payız tətili başlayıb
Yeni kəpənək növü aşkar edilib

AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin təşkilatçılığı ilə “Cihaz” İstehsalat Birliyinin baş direktoru, texnika üzrə fəlsəfə doktoru Fəlah Quliyevin tələbələrlə görüşü keçirilib.

Tehsilmedia.org xəbər verir ki, müdafiə sənayesində mühəndis hazırlığının strateji əhəmiyyəti” mövzusuna həsr olunan görüşdə AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov çıxış edərək universitetlə Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlığın mühəndis kadrlarının hazırlanmasında mühüm rol oynadığını bildirib. O, tədrisin sənayenin tələblərinə uyğunlaşdırılmasının və tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Fəlah Quliyev müdafiə sənayesinin qlobal iqtisadi və siyasi proseslərdəki rolu, Azərbaycan istehsalı olan müdafiə sənayesi məhsullarına beynəlxalq maraq, istehsal proseslərinin təşkili və logistika məsələləri barədə məlumat verib.

O, yüksəkixtisaslı mühəndis kadrlarının yerli məhsulların yaradılması, mövcud texnologiyaların təkmilləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. Bildirib ki, mühəndislərin bilik və bacarıqlarını konkret texniki həllərə və faydalı məhsullara çevirməsi yerli sənayenin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Fəlah Quliyev tələbələrə öz ideyalarını inkişaf etdirməyi, istehsalatın real ehtiyaclarını öyrənməyi və həmin ehtiyaclara uyğun mühəndis həlləri hazırlamağı tövsiyə edib. O, ideyanın layihəyə, layihənin isə hazır məhsula çevrilməsi prosesinin mənimsənilməsinin gələcək mütəxəssislərin peşəkar hazırlığında mühüm yer tutduğunu bildirib.

Çıxışında Fəlah Quliyev Nazirlər Kabinetinin qərarı ilə AzTU-da yaradılmış Xüsusi texnika və texnologiya fakültəsinin müdafiə sənayesi üçün mühəndis kadrlarının hazırlanmasındakı rolunu da vurğulayıb.

Görüş zamanı tələbələrin sualları cavablandırılıb, müdafiə sənayesi, mühəndislik fəaliyyəti və gələcək karyera imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Fakültənin dekanı Yadullah Babayev Fəlah Quliyevə fakültəyə göstərdiyi dəstəyə və tələbələrlə öz təcrübəsini bölüşdüyünə görə təşəkkür edib.

Sonda AzTU rektoru adından Fəlah Quliyevə universitet-sənaye əməkdaşlığının inkişafına verdiyi töhfələrə görə xatirə plaketi təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər