Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında maraqlı bir məqama toxunub: “Hələ də anlaya bilmirəm ki, hüquqşünas nəyə görə tarixi riyaziyyatdan daha yaxşı bilməlidir?”

Nazir, həmçinin qeyd edib ki, elə ixtisaslar var ki, onların tədris müddəti 3 il ola bilər, lakin 20-21 yaşlı gəncin yaxşı hüquqşünas kimi formalaşması sual doğurur.

Nazirin bu fikirləri fondunda maraqlı bir sual ortaya çıxır ki, gələcəkdə hüquq ixtisası üzrə tədris müddəti artırıla bilərmi?

Tehsilmedia.com bildirir ki, azedu.az-a mövzu bağlı açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Ramin Nurəliyev qeyd edib ki, sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür:

"Nazirin çıxışını diqqətlə izlədim. Xüsusilə də bakalavr təhsilinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı aparılan müzakirələrə verdiyi özünəməxsus və dəqiq cavab yaddaqalan oldu. Bildiyiniz kimi, onun mövqeyi belə idi ki, bəzi ixtisaslarda tədris müddətini 3 ilə endirmək olar, lakin bu yanaşma bütün sahələrə şamil edilməməlidir. Məsələn, hüquqşünaslıq kimi ixtisaslarda müddətin azaldılması doğru deyil. Bu, o demək deyil ki, hüquq üzrə təhsil müddəti artırılacaq; sadəcə, bu sahə üçün müddətin ixtisara salınması uyğun hesab olunmur.

Bu fikri tamamilə haqlı sayır və dəstəkləyirəm. Sosial, pedaqoji, turizm, kənd təsərrüfatı və mühasibatlıq kimi ixtisaslarda təhsil müddətini 3 ilə endirmək tamamilə mümkündür və məqsədəuyğundur. Dibə ensək görərik ki, belə sahələr üzrə müəyyən kurslar hətta 1 illik proqramla mütəxəssis hazırlaya bilirsə, ali təhsil müəssisələri bu öhdəliyi 3 ilə rahatlıqla yerinə yetirər. Dünya təcrübəsində də bu model özünü doğruldub. Həm də bu addım gənclərimizə 1 il vaxt və maliyyə qənaəti qazandırar, magistratura və ya əmək bazarına daha tez qədəm qoymalarına şərait yaradar".

Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir:

"Lakin hüquq, beynəlxalq münasibətlər, dilçilik, tibb və mühəndisliyin müxtəlif sahələrində (məsələn, tikinti, maşınqayırma, geologiya) təhsil müddətini azaltmaq tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər.
İkinci məsələyə "hüquqşünas tarixi riyaziyyatdan daha yaxşı bilməlidir" kimi yanaşmaya gəldikdə isə, bununla da tam razıyam. Bizdə formalaşmış köhnə stereotip var ki, hüquq oxumaq üçün mütləq tarixdən, mühəndislik üçün fizikadan imtahan verilməlidir. Halbuki, memarlıq və ya neft mühəndisliyinə qəbul olan şagird məktəbdə birbaşa bu sahələr üzrə xüsusi fənn keçmir. Dünya təcrübəsinə baxsaq, ölkələrin 70-80%-ində qəbul imtahanları 5-6 fəndən ibarət deyil, daha çox riyazi-məntiqi təfəkkürü və dil biliyini ölçən ümumi testlər (məsələn, SAT) əsasında aparılır. Hətta tibb ixtisasına qəbulda belə məntiq və riyaziyyat əsas götürülür.

Bizdə isə tərəddüdlər hələ də qalır; məsələn, I ixtisas qrupunda kənd təsərrüfatı sahələri üçün fizika və kimyadan imtahan tələb olunur ki, bu da müəyyən təzadlar yaradır. Beynəlxalq münasibətlər üçün mütləq coğrafiya, hüquq üçün tarix tələb etmək anlayışı artıq müasir dövrün tələblərinə cavab vermir. Düşünürəm ki, qəbul prosesində fənlərin sayını azaltmaq və yanaşmanı yeniləmək zamanı çoxdan çatıb".

Oxşar xəbərlər

Bütün xəbərlər