Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirilb

2023-cü il aprelin 12-də Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 83 saylı məktəb-liseydə
"Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva, polis idarəsinin, 83 nömrəli məktəb-liseyin müəllim və şagird kollektivi iştirak edirdilər.

Tədbir torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbiləri həyata keçirir və bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsi zəruridir.

Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək bildirdi ki: "Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Əsrimizin bəlasına çevrilən ağ ölüm adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keiçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır. Komissiyasının sədri Sevinc Süleymanova gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olmaları ilə bağlı zəruri tövsiyələr verdi.

Daha sonra çıxış edən Binəqədi Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə inspektoru, polis leytenantı Lalə Əliyeva məktəblilərə gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə ətraflı məlumat verdi.

Tədbirin yekununda narkomaniyanın qurbanı olan bir ailənin faciəsindən bəhs edilən "Ad günü” adlı qısametrajlı film nümayiş etdirildi.
 
Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirilb

Bakıdakı 83 saylı məktəb-liseydə "Narkotiksiz gələcək naminə!” mövzusunda maarifləndirici tədbir keçirilb

Oxşar xəbərlər

Bütün xəbərlər