Xəbər lentiwidget-title-icon

Bağçalarda ilk akkreditasiya bu ilin sonunadək keçiriləcək
Tərbiyəçi-müəllimlər üçün sertifikatlaşdırmaya dəstək vebinarları keçiriləcək
“1 nəfərə 18 saat dərs vermək ən məntiqli qərardır” - Elçin Əfəndi
Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN
İdris İsayev və İlqar Bayramlının “kadr islahatları”- Şaban Carçıyev direktor vəzifəsindən çıxarıldı...
IDSchool tələbələri beynəlxalq robotika və innovasiya yarışlarında uğurlar qazanıblar - FOTO
65 yaş məktəbdə, 90 yaş universitetdə...
İşdən çıxan müəllimin etiraz ərizəsinə məktəbdən cavab - FOTO
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başlayıb
"Qarabağı Azərbaycan əsgəri azad edib" - ŞƏRH
Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb

Azərbaycanda azyaşlılara sosial media qadağası GÖZLƏNİLİR

Son illərdə qlobal miqyasda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin psixoloji, sosial və təhlükəsizlik baxımından yaratdığı risklər geniş müzakirə predmetinə çevrilib. Bir sıra ölkələr bu risklərin qarşısının alınması məqsədilə normativ-hüquqi mexanizmlər tətbiq edərək yaş məhdudiyyətləri və institusional nəzarət formaları müəyyən ediblər. Bu beynəlxalq tendensiya milli hüquqi sistemlərdə oxşar tənzimləmələrin mümkünlüyü məsələsini aktuallaşdırır.

Maraqlıdır, bu qadağa Azərbaycanda nə vaxt tətbiq oluna bilər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Vasif Qafarov bildirib ki, beynəlxalq təcrübə Azərbaycan üçün də aktualdır və milli hüquqi sistemdə oxşar tənzimləmələrin tətbiqi imkanları gündəmə gəlir:

177342

“Azərbaycanda azyaşlıların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması hüquqi baxımdan ümumilikdə real görünür. Mövcud qanunvericilikdə uşaqların hüquqlarının qorunması, informasiya təhlükəsizliyi, şəxsi məlumatların müdafiəsi və zərərli informasiyanın qarşısının alınması kimi prinsiplər mövcuddur. Bu istiqamətdə normativ mexanizmlərin əsaslandırılmasına imkan yaradır.

Lakin belə məhdudiyyətlərin tətbiqi yalnız qanunun qəbul edilməsi ilə yekunlaşmır. Onun praktiki həyata keçirilməsi üçün ciddi texniki və institusional mexanizmlər tələb olunur. Ən böyük çətinlik yaşın necə təsdiqlənməsi məsələsidir. Sosial şəbəkələrdə real yaşın yoxlanması üçün e-gov inteqrasiyası, mobil operatorlar vasitəsilə təsdiq və ya platformaların öz sistemləri ilə uyğunlaşdırılmış xüsusi modellər lazımdır. Eyni zamanda, Instagram, TikTok, YouTube və digər qlobal platformalar yerli qanunvericiliyə dərhal uyğunlaşmaya bilər ki, bu da normanın icrasını çətinləşdirir".

VPN və alternativ giriş yolları azyaşlıların qadağanı dolanmasına imkan verə bilər, bu səbəbdən “tam qadağa” modeli praktiki baxımdan zəif effekt verə bilər:

“Bu səbəbdən Azərbaycanda beynəlxalq təcrübəyə uyğun ən real yanaşma tam qadağa deyil, mərhələli və balanslaşdırılmış tənzimləmə ola bilər. Bu modeldə 13 yaşdan aşağı şəxslər üçün sosial şəbəkələrə girişin məhdudlaşdırılması, 13-16 yaş aralığında valideyn razılığı mexanizminin tətbiqi və 16 yaşdan yuxarı şəxslər üçün sərbəst istifadə imkanının saxlanması nəzərdə tutulur.

Paralel olaraq məktəb mühitində sosial şəbəkələrə və telefon istifadəsinə dair məhdudiyyətlərin tətbiqi daha tez və effektiv ola bilər. Bu həm texniki baxımdan asandır, həm də təhsil mühitinin qorunması məqsədilə əsaslandırıla bilər. Digər mühüm istiqamət platformalara öhdəliklərin qoyulmasıdır. Dövlət bu çərçivədə azyaşlılara yönəlmiş reklamların məhdudlaşdırılmasını, təhlükəli kontentlərin bloklanmasını, uşaq hesabı rejiminin standartlaşdırılmasını və hesabatlılıq mexanizmlərinin tətbiqini tələb edə bilər".

Azərbaycanda bu cür normativ tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi mümkündür:

"Ən real ehtimal ondan ibarətdir ki, yaxın 1-3 il ərzində yumşaq məhdudiyyətlər, maarifləndirmə tədbirləri, məktəblərdə istifadə qaydaları və valideyn nəzarəti mexanizmləri daha ön plana çıxacaq. Daha ciddi hüquqi tənzimləmələr, yəni yaş həddinin qanunla müəyyən edilməsi, platformalara hüquqi öhdəliklərin qoyulması və inzibati məsuliyyət mexanizmlərinin formalaşdırılması isə 3-5 il intervalında mümkün görünür. Tam və sərt qadağa modeli yalnız geniş texniki infrastruktur, yaş yoxlama sistemi və platformalarla real inteqrasiya yaradıldıqda mümkün olacaq ki, bu da ən azı 5 ildən sonra gündəmə gələ biləcək uzunmüddətli ssenaridir".

Oxşar xəbərlər

Bütün xəbərlər