Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

MDU məzunları ilə görüş keçirilib - FOTOLAR

MDU məzunları ilə görüş keçirilib - FOTOLAR

Mayın 20-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin müxtəlif illərdə təhsil almış 20-ə yaxın məzunu ilə görüş keçirilib.
MDU-dan "tehsilmedia.info”a bildirilib ki, əvvəlcə, universitetin Vətən uğrunda canından keçmiş şəhid məzunları üçün hazırlanmış guşəyə baxış keçirilib və onların əziz xatirəsi yad edilib.
Sonra açıq havada çay süfrəsi arxasında səmimi formatda davam edən görüşdə MDU-nun rektoru Şahin Bayramov məzunları salamlayaraq onlarla bir araya gəlməkdən məmnunluğunu ifadə edib. Yeni dövrün universitetinə çevrilmə yolunda qarşıda duran strateji məqsədlər və hədəflərdən bəhs edən Ş.Bayramov universitetin modernləşməsində məzunlarla işin davamlı təkmilləşdirilməsinin önəmini və bu tipli görüşlərdən başlıca gözləntilərini diqqətə çatdırıb.
MDU-da müxtəlif illərdə təhsil almış çoxsaylı məzunların hazırda cəmiyyət həyatının müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiyini vurğulayan rektor onlarla səmərəli kommunikasiyanın qurulmasının qarşılıqlı faydalılığından söhbət açıb. Universitetlərin nüfuzunun müəyyən edilməsində və təbliğində məzunların keyfiyyət göstəricilərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən Ş.Bayramov MDU-da tələbə və məzunların hərtərəfli inkişafının daim diqqət mərkəzində saxlanıldığını qeyd edib və bu məqsədlə universitetdə yaradılan şəraitdən danışıb. Əmək bazarının tələblərinin dinamik dəyişdiyi bir dövrdə ömürboyu təhsilin vacibliyini vurğulayan rektor universitetin mövcud imkanlar daxilində məzunlarının davamlı inkişafına dəstək göstərməsinə hər zaman açıq olduğunu bəyan edib. Regionun hərtərəfli inkişafına töhfə verilməsinin MDU-da əsas məqsədlərdən biri kimi müəyyən edildiyini qeyd edən Ş.Bayramov bu missiyanın da uğurla həyata keçirilməsində məzunların potensialını yüksək dəyərləndirib və bu istiqamətdə onları fəal əməkdaşlığa dəvət edib.
MDU ailəsinin üzvləri olaraq məzunların nailiyyətlərinin hər zaman universitet kollektivi tərəfindən böyük fəxrlə qarşılandığını vurğulayan rektor onların daima universiteti layiqli şəkildə təmsil edəcəklərinə əminliyini ifadə edib və uğurlar arzulayıb.
Sonra, görüş dialoq və müzakirə formatında davam edib. Müzakirələrdə MDU-da məzunlarla iş sahəsində formalaşan yeni ənənələrə münasibət bildirilib, universitet-məzun münasibətlərinin strateji inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, məzunların arzu və istəkləri dinlənilib.Səmimi formatda keçirilən görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən məzunlar bu təşəbbüsü müsbət dəyərləndiriblər və məzunlarla işin effektivliyinin artırılmasına töhfə verən bu tipli görüşlərin davamlı olmasını arzulayıblar.Sonda məzunlarla xatirə şəkilləri çəkdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər