Xəbər lentiwidget-title-icon

Tələbələrin DİQQƏTİNƏ - Universitetdən qovulmaq üçün bunlardan biri kifayətdir
Bişkekdə iki məktəbdə Azərbaycan dili tədris olunacaq
AzTU-nun təşkilatçılığı ilə “ADEX 2026”da texnologiya sessiyası keçirilib
Prezident Misir Mərdanovla bağlı Sərəncam İMZALADI
“Məktəb bufetlərində qəfil yoxlamalar olmalıdır” - Günay Əkbərova
“5, 6 və 7-ci siniflərdə məntiq dərsləri keçirilməlidir” - Ekspertdən TƏKLİF
Dövlət qulluğu imtahanına qeydiyyat elan edilib
"Gələcəyin alim və idarəçilərini yetişdirən müəllim yüksək maaş almalıdır"
"Heç bir tənbehim yox idi, qərəzli şəkildə qovuldum" - İşdən çıxarılan direktor DANIŞDI
"Uşaqların günahı nədir?.." - ŞİKAYƏT
BŞTİ: Sentyabrda 19 897 müraciət daxil olub
Sertifikasiyanın müsahibə nəticələri müəllimlərə göndərilir - RƏSMİ
MDU-da Elmi Şuranın növbədənkənar iclası keçirilib
Sumqayıtdakı məktəbdə zəhərlənənlərin sayı 21-ə çatıb
Kimya dərsində şagird xəsarət alıb
Elm və Təhsil Nazirliyi “2022–2026-cı illər üzrə İnkişaf Strategiyası”nı yerinə yetirə bildimi? - TƏHLİL
Məktəbdə nöqsanlar aşkarlandı: Direktor işdən çıxarıldı
Bu fənlər buraxılış imtahanına salınsa, repetitor bazarı genişlənəcək - Əməkdar müəllimdən ETİRAZ
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
ARTİ xarici dil fənni üzrə illik plan nümunələri hazırlayıb
BMU NASA-nın beynəlxalq hakatonuna tərəfdaş oldu
"Valideynləri məcbur edirlər ki, məhz həmin kitab evindən alıb istifadə etsinlər..." - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarında məşğələlərə start verilib
Qarabağ Universiteti regiona həyatın qaytarılması prosesində mühüm rol oynayır
Türk Tarix Qurumu Azərbaycan aliminin iki cildlik əsərini çap edib

Tüntül məktəbinin balaca alimlərinin layihəsi finala çıxdı

Tüntül məktəbinin balaca alimlərinin layihəsi finala çıxdı

Adətən, elmə və texnologiyalara erkən yaşlardan maraq göstərən şagirdlər gələcəyin elmi kadrları kimi yetişirlər. Bu baxımdan hər il keçirilən “Sabahın alimləri” müsabiqəsi (ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turu) məktəblilər üçün geniş imkanlar yaradaraq onların elmi-texniki yaradıcılığını inkişaf etdirir. Müsabiqənin başlıca məqsədi gənclərin elmi-tədqiqat işlərinə marağını stimullaşdırmaq, tədqiqat və innovasiya qabiliyyətlərini üzə çıxarmaq və universitetlərlə məktəblər arasında elmi körpülər qurmaqdır.

Şagirdlərin tullantı suları ilə bağlı layihəsi

Builki “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsi Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin şagirdlərinə də uğurlar qazandırıb. Belə ki, regionun ümumi təhsil müəssisələrinin 8 layihəsi final mərhələsinə vəsiqə qazanıb. Bu layihələr arasında Qəbələ rayonu Tüntül kənd tam orta məktəbinin “Çirkab sularının təmizlənməsi üçün bioəsaslı çökdürücülərin sintezi və tədqiqi” layihəsi xüsusi diqqət çəkir.

Tüntül kənd tam orta məktəbi artıq ikinci ildir ki, “Sabahın alimləri” müsabiqəsində yüksək nəticələr qazanır.
Bu il məktəbin 9-cu sinif şagirdləri Fatimə Cəlilova və Yusif Səfərli elmi rəhbərləri Yasəmən Mustafazadə və Elmar Əsgərzadə ilə birlikdə “Çirkab sularının təmizlənməsi üçün bioəsaslı çökdürücülərin sintezi və tədqiqi” adlı layihə hazırlayıblar. Layihənin əsas məqsədi tullantı sularının təmizlənməsində kimyəvi maddələrdən istifadənin ekosistemə vurduğu mənfi təsirləri minimuma endirməkdir.Laboratoriyasız uğur qazanmaq mümkündürmü?

Müasir tələblərə uyğun laboratoriyaları olmadığından şagirdlər digər təhsil müəssisəsinin - Vəndam qəsəbəsindəki 2 nömrəli məktəbin laboratoriyasından istifadə ediblər. Bu, əlavə vaxt və zəhmət tələb etsə də, yüksək motivasiya və qətiyyət sayəsində tədqiqatlarını uğurla həyata keçiriblər.

Məktəbin direktoru və layihənin elmi rəhbərlərindən biri olan Yasəmən Mustafazadənin sözlərinə görə, laboratoriya olmadan elmi-tədqiqat aparmaq asan deyil: “Ancaq şagirdlərimiz böyük həvəslə tədqiqatlarını həyata keçiriblər. Gələcəkdə məktəbimizdə laboratoriyanın yaradılması yalnız bu layihələrin icrası üçün deyil, ümumiyyətlə, şagirdlərin elmi potensialının inkişafı üçün mühüm addım olardı”.

“Şagirdlərin elmə marağını stimullaşdırmaq vacibdir”

Tüntül kənd tam orta məktəbinin şagirdləri keçənilki müsabiqədə kimya nominasiyası üzrə 2-ci yer qazanıblar. Ardıcıl iki il ərzində əldə edilən nailiyyətlər elmi fəaliyyətin təkcə böyük şəhərlərdə deyil, məhdud resurslara malik kənd məktəblərində də uğurla icra edilə biləcəyini göstərir.Layihənin eksperti və rəhbərlərindən biri olan Elmar Əsgərzadə hazırda Bakı Ali Neft Məktəbində startap layihələri və elmi araşdırmalarla məşğuldur. Onun sözlərinə görə, doğma məktəblə əlaqəni qoruyub saxlamaq və gənclərə tədqiqat işlərində yol göstərmək böyük mənəvi dəyər kəsb edir:

“Mən bu məktəbin məzunu olmuşam və burada elmi fəaliyyətim üçün müəyyən bacarıqlar əldə etmişəm. Gənclərin elmi araşdırmalara maraq göstərdiyini görmək çox xoşdur. Bu kimi layihələrlə onların elmə marağını stimullaşdırmaq və gələcəkdə müxtəlif sahələrdə ixtisaslaşmalarına kömək etmək vacibdir”.

“Bu tədqiqat elmin həyatımızda nə qədər vacib olduğunu anlamağıma kömək etdi”

Məktəbin şagirdi Fatimə Cəlilova deyir ki, yeni biliklər əldə etmək baxımından layihəyə qoşulmaq onun üçün gözəl imkan oldu: “Ətraf mühit problemlərinə marağım var və tullantı sularının təmizlənməsi aktual mövzudur. Biz müxtəlif sınaqlar apardıq, nəticələri təhlil etdik və bio əsaslı çökdürücülərin effektivliyini öyrəndik. Gələcəkdə tərcüməçi olmaq istəyirəm, amma bu tədqiqat elmin həyatımızda nə qədər vacib olduğunu anlamağıma kömək etdi”.Yusif Səfərli isə bildirir ki, əsas arzusu gələcəkdə təhlükəsizlik orqanlarında çalışa bilməkdir: “Ancaq elmi-tədqiqatlar aparmaq da mənim üçün çox maraqlıdır. Kimya və texnologiya sahəsində biliklərimi artırmaq istəyirəm. Laboratoriya işlərində iştirak etmək, real araşdırmalar aparmaq və nəticələri analiz etmək mənim üçün çox dəyərli təcrübə oldu”.

Qeyd edək ki, “Sabahın alimləri” XIV respublika müsabiqəsinin final mərhələsinin mart ayında Bakıda keçirilməsi planlaşdırılır. Tüntül kənd tam orta məktəbinin şagirdlərinin innovativ təşəbbüsləri, elmə maraqları və müəllimlərin fədakar fəaliyyəti bu kiçik kənd məktəbinin böyük uğurlar qazanacağına inam yaradır. Şagirdlərin “bio əsaslı çökdürücülər” kimi ekoloji alternativlər təqdim etməsi, elmin yeni nəslinin cəmiyyət üçün real həllər üzərində düşünməyə başladığını sübut edir. Bu, gələcəyimiz üçün ən ümidverici mesajdır.

Yusif Səfərli isə bildirir ki, əsas arzusu gələcəkdə təhlükəsizlik orqanlarında çalışa bilməkdir: “Ancaq elmi-tədqiqatlar aparmaq da mənim üçün çox maraqlıdır. Kimya və texnologiya sahəsində biliklərimi artırmaq istəyirəm. Laboratoriya işlərində iştirak etmək, real araşdırmalar aparmaq və nəticələri analiz etmək mənim üçün çox dəyərli təcrübə oldu”.

Qeyd edək ki, “Sabahın alimləri” XIV respublika müsabiqəsinin final mərhələsinin mart ayında Bakıda keçirilməsi planlaşdırılır. Tüntül kənd tam orta məktəbinin şagirdlərinin innovativ təşəbbüsləri, elmə maraqları və müəllimlərin fədakar fəaliyyəti bu kiçik kənd məktəbinin böyük uğurlar qazanacağına inam yaradır. Şagirdlərin “bio əsaslı çökdürücülər” kimi ekoloji alternativlər təqdim etməsi, elmin yeni nəslinin cəmiyyət üçün real həllər üzərində düşünməyə başladığını sübut edir. Bu, gələcəyimiz üçün ən ümidverici mesajdır.

Oxşar xəbərlər

Bütün xəbərlər