Xəbər lentiwidget-title-icon

Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir
UNEC Azərbaycanda və Cənubi Qafqazda 1-cidir
Azərbaycan - Almaniya birgə universiteti yaradıla bilər
Daha 12 ümumi təhsil müəssisəsində inklüziv siniflər yaradılıb
Peşə təhsilində 21 yeni müəssisə tikiləcək
Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
567 nömrəli marşrutun avtobusları yenilənir
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Bu gün Milli Dirçəliş Günüdür
Deputat rus sektoruna maliyyə ayrılmasına etiraz etdi

ADNSU-da Karyera Mərkəzi açılıb

ADNSU-da Karyera Mərkəzi açılıb

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Karyera Mərkəzinin açılış mərasimi keçirilib.

Universitetdən bildirilib ki, ölkənin aparıcı dövlət və qeyri-dövlət, yerli və xarici şirkət rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-da sənaye-universitet işbirliyi sahəsində uğurlardan danışaraq, Karyera Mərkəzinin fəaliyyətə başlaması ilə bu sahədə əməkdaşlıqda yeni səhifənin açıldığına əminliyini ifadə edib.

Tədbir çərçivəsində ADNSU-da 40-dək şirkətin iştirakı ilə Karyera sərgisi keçirilib.

ADNSU və UFAZ-ın yuxarı kurs tələbələri üçün keçirilən sərginin açılış mərasimində çıxışı zamanı rektor əvəzi, dosent Vazeh Əskərov ADNSU-nun hazırda 700-dən artıq şirkətlə əməkdaşlıq etdiyini, hər il 3000-dən artıq tələbənin istehsalat təcrübəsində nəzəri biliklərini artırdığını, yüzlərlə tələbənin ödənişli təcrübə proqramlarının qalibi olduğunu qeyd edib. Dosent Vazeh Əskərov ADNSU-nun son 2 ildə ardıcıl olaraq beynəlxalq reytinqlərdə yüksəldiyini qeyd edərək, bu işdə universitetini işəgötürənlər arasında reputasiyasının önəmli yer tutduğunu vurğulayıb.

Sonra sərgi ilə tanışlıq olub.

Sərgi çərçivəsində dəyirmi masa ətrafında universitet ilə sənaye təmsilçiləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Müzakirələr zamanı ölkənin bir neçə ali məktəbinin, o cümlədən ADNSU-nun beynəlxalq reytinqlərdə yer almasına toxunulub, bunun Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq nüfuzunun artması üçün əhəmiyyəti vurğulanıb, işəgötürənlərin milli təhsilimizin inkişafına töhfə verməsi üçün bu prosesdə daha fəal iştirakının zəruriliyi qeyd olunub. Müzakirələrin yekununda ADNSU-da tədrisin müasir sənaye və iqtisadiyyatın, eləcə də əmək bazarının tələblərinə uyğun aparılması işinin ardıcıllığını təmin etməsini hədəfləyən Tədrisin İnkişafı Şurası yaradılıb.

Karyera sərgisi çərçivəsində ADNSU və UFAZ tələbələri üçün şirkətlərin nümayəndələri tərəfindən müxtəlif mövzularda təlimlər təşkil olunub, UFAZ-ın magistr proqramlarının təqdimatı keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər