Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Eksternat imtahanları nədir və kim iştirak edə bilər? – İmtahanlar başlayır

Eksternat imtahanları nədir və kim iştirak edə bilər? – İmtahanlar başlayır

Bu gün ölkənin əksər regionlarında eksternat imtahanlarına qeydiyyat başlayıb.

Eksternat imtahanları ilə bağlı maraq doğuran sualların cavablarını təqdim edir.

– Eksternat imtahanı nədir və kim iştirak edə bilər?

– Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanları Təhsil Nazirliyinin 21 fevral 2012-ci il tarixli, 242 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında" Qaydalar əsasında keçirilir.

– Eksternat imtahanları kimə şamil olunur?

– Eksternat imtahanları ilə bağlı qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

– Eksternat imtahanlarında iştirak etmək üçün yaş məhdudiyyəti varmı?

– Bəli, eksternat imtahanlarında yaş məhdudiyyəti var. Belə ki, bu təhsilalma formasında ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.– Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında Qaydalar kimlərə şamil edilmir?

– Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu “Qaydalar” onlara şamil edilmir.

– Eksternlər imtahanda iştirak etmək üçün necə müraciət etməlidirlər?

– Eksternat imtahanlarında iştirak etmək istəyənlər aşağıdakı sənədləri rayon (şəhər) üzrə təhsil sektoruna təqdim etməlidirlər:

1. Rayon (şəhər) üzrə təhsil şöbəsinin (sektor və ya idarə) müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
4. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak etmək üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
5. Əvvəllər təhsil aldığınız müəssisədən əldə edilən təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti. Ərizəsi qeydiyyata alınmış eksternin adı təhsil şöbəsinin (idarəsinin) müəyyən etdiyi məktəbin imtahanlara buraxılan şagirdlərinin siyahısına daxil olunur.– İmtahanlar nə zaman keçirilir, hansı fənnlər üzrə suallar salınır?

– Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi (idarəsi) tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı (“Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər. (Qaydaların 7-ci bəndinə əsasən) Rus bölməsi üzrə təhsil almış şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən də imtahan verirlər. Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır. İmtahan yerli təhsil orqanının əmri ilə müəyyən edilmiş məktəbdə əvvəlcədən hazırlanıb təsdiq edilmiş imtahan sualları əsasında müvafiq komissiya tərəfindən keçirilir. İmtahanların nəticələri protokollaşdırılır, fənn komissiyalarının sədrləri tərəfindən imzalanır və təhsil şöbəsinin (sektor və ya idarəsinin) müdirinin imzası və möhürü ilə təsdiq olunur.

– Eksternat imtahanı vermiş şəxslərə tam və ya ümumi orta təhsil haqqında sənəd nə zaman verilir?

– Eksternat imtahanlarında (aralıq imtahanında) uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında sənəd siyahısına daxil edildiyi məktəb tərəfindən verilir. – Eksternat (sərbəst) təhsilalma forması üzrə alınan təhsil sənədi (tam və ya ümumi orta təhsil haqqında attestat) nə ilə fərqlənir?

– “Qaydalar”ın 7-ci bəndində göstərilən fənlərdən (rəsmxət, əmək hazırlığı (“Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı) imtahan verilmədiyi üçün tam və ya ümumi orta təhsil haqqında attestatda müvafiq olaraq həmin fənlərin qarşısında xətt çəkilir. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində “bitirmişdir” sözündən əvvəl “eksternat qaydasında” sözləri əlavə olunur.

İmtahanlarda iştirak etmək istəyənlər ətraflı məlumat və imtahan vaxtlarını öyrənmək üçün yerli təhsil orqanlarının sosial şəbəkə hesablarını izləyə bilərlər!

("Azərbaycan müəllimi" qəzeti

Oxşar xəbərlər

Bütün xəbərlər