Xəbər lentiwidget-title-icon

Kollec direktoru anım günündə özünə ad günü keçirtdi
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
35 saylı peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək?- RƏSMİ AÇIQLAMA
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!
Məktəbə necə gedək ki, həm vaxta, həm pula qənaət edək?
İlham Əliyev “Təhsil 1 nömrəli prioritetdir” deyirsə, hökumət, Elm və Təhsil Nazirliyi nələr etməlidir?..- KONSEPTUAL BAXIŞ...
Oktyabrın ilk günü hava necə olacaq?
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Peşə təhsilində proqram seçimi gələcək karyeraya necə təsir edir?
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
Buraxılış imtahanlarına yeni fənn gəlir? - AÇIQLAMA
Məktəblərdə yeni maliyyələşmə sistemi müəllim maaşlarına təsir edəcək? - AÇIQLAMA
İmtahanların elektron keçirilməsi iddialarına DİM-dən CAVAB
Kitab, dəftər, iş dəftəri… Məktəb çantaları necə yüngülləşdirilə bilər?
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat davam edir
Təhsil İdarəsinin hesablarına həbs qoyulub - Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq

Deputatdan TƏKLİF: “Distant Təhsil Mərkəzi” yaradılmalıdır

Deputatdan TƏKLİF: “Distant Təhsil Mərkəzi” yaradılmalıdır

Deputatdan TƏKLİF: “Distant Təhsil Mərkəzi” yaradılmalıdır
Artıq bir neçə gündür Bakı və Sumqayıt universitetlərində təhsil alan tələbələr dərslərə distant şəkildə qoşulurlar. Ölkəmizdə hələ pandemiya dövründə onlayn təhsillə bağlı təcrübəmizin olması COP29 zamanı distant təhsilə qoşulmağı daha əlçatan etdi.

Bəs, görəsən, rəsmi şəkildə əyani və qiyabi təhsil formaları olduğu kimi distant təhsil də yaradılacaqmı? Azərbaycan təhsili buna hazırdırmı?

AzEdu.az-a müsahibə verən Milli Məclisin Elm və Təhsil Komitəsinin deputatı, Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda distant təhsilin leqallaşması tez-tez müzakirə olunur:

“Dünyanın bir çox ölkələrində distant təhsildən səmərəli istifadə olunur. Pandemiya dövrü bizə göstərdi ki, ölkəmizdə də distant təhsilə keçmək olar. Nəinki pandemiya və digər hallarda, eləcə də digər vaxtlarda da distant təhsildən istifadə etmək olar. Bu təhsil növü vaxta və enerjiyə qəanət etmək baxımından səmərəlidir.

Xatırlayıram, cənab Prezident bir neçə il bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə müxtəlif texnologiyaların tətbiqi və təhsildə innovasiyalarla bağlı elm və təhsil nazirinə müəyyən tapşırıqlar vermişdi.

Reallıq ondan ibarətdir ki, Azərbaycanda distant təhsillə bağlı bir çox problemlər var. İlk növbədə distant təhsillə bağlı qanunvericilik bazası işlənilməlidir. Milli Məclis tərəfindən hazırlanan “Ali təhsil haqqında” qanunda distant təhsil haqqında ayrıca bölmə var. Bu qanun dəfələrlə ayrı-ayrı nazirliklər və qurumlarla müzakirə olunub. Hesab edirəm ki, artıq qəbul edilə bilər.

Hətta gələcəkdə Elm və Təhsil Nazirliyinin nəzdində “Distant Təhsil Mərkəzi”, eləcə də ayrıca distant təhsillə bağlı universitet yaratmaq imkanlarına baxmalıyıq.

Qonşu ölkələrdən Türkiyə Respublikasına baxsaq, Atatürk, Anadolu və digər bir sıra universitetlər distant təhsildən istifadə edirlər.

Ölkəmizdə təhsillə bağlı ən böyük çətinliklərdən biri həmin təhsil formasında oxumuş insanların diplomlarının tanınması ilə bağlıdır. Əgər distant təhsilə keçiriksə, diplomların tanınma mexanizmlərini də həll etməliyik.Bizə davamlı olaraq tez-tez müraciətlər olunur ki, “Mən təhsil almışam, ancaq diplomum tanınmır”. Bu kimi hallar ciddi narazılıqlar doğurur. Ona görə də hüquqi bazanın işlənilməsi üçün ciddi addımlar atılmalıdır ki, bu kimi problemlər həll olunsun.

Ümumiyyətlə, istər distant, istər qeyri-distant diplomların tanınması ilə bağlı xeyli problemli məsələlər var. Maksimum çalışmalıyıq ki, təhsilalanların çətinliklərini həll etmək üçün qanunvericilik mexanizmləri qurulsun”.

Oxşar xəbərlər

Bütün xəbərlər