Xəbər lentiwidget-title-icon

Təhsil İdarəsinin hesablarına həbs qoyulub- Müəllimlərin maaşı necə ödəniləcək? - FOTO
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD

Ən perspektivli peşələr hansılardır? - EKSPERT AÇIQLADI

Ən perspektivli peşələr hansılardır? - EKSPERT AÇIQLADI

“Peşələri “perspektivli”, “perspektivsiz”, “nüfuzlu”, “nüfuzsuz” kateqoriyalara bölməyi düzgün yanaşma hesab etmirəm. Bu kimi təsnifatlandırmalar insanlarda müəyyən peşələrin artıq sıradan çıxması təəssüratı yaratmaqla yanaşı, həm də bu kimi ənənəvi peşələrə marağın itməsini zəruriləşdirir. Halbuki, peşə məzmunca elə həmin peşədir, sadəcə olaraq formaca dəyişmiş olur. Yəni, canlı ünsiyyət tədricən texnoloji proseslə əvəz olunur. Başqa sözlə dünyada baş verən texnoloji dəyişikliklər və biznes münasibətlərində yaranan yeni şərait əmək bazarına da təsirsiz ötüşmür. Bu gün cərrahları yaxın gələcəkdə “tibbi robotların operatoru”nun əvəz edəcəyi, sinoptikləri “ətraf mühitin bərpası üzrə mühəndis”lərin, təyyarə və helikopterlərdə pilotları robotların əvəzləyəcəyi barədə söhbətlər gedir. Artıq, Avropadakı bəzi məktəblərdə robotlar müəllimlik etməyə başlayıb”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Nadir İsrafilov sözlərinə belə davam edib: “Hansısa texnoloqların yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyətinin əsasən kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəkləri barədə proqnozları zamanı qabaqlamaqdan və indidən mövcud peşələri gözdən salmaqdan başqa bir şey deyil. Nəyin necə olacağ zaman bağlı olan məsələdir. Bu gün əmək bazarını tərk edən peşələrdən yeni peşələr yaranır. Yəni, hər şey yeniləndiyi kimi, peşələr də yenilənir və bu heç də o anlama gəlmir ki, sanki, belə bir peşə heç olmayıbmış və lazımsızmış. Təbii ki, dünyada rəqəmsallaşma sürətlə artır. İnformasiya texnologiyaları, rəqəmsallaşma ilə bağlı olan ixtisasların üstünlük təşkil edəcəyi gözlənilir. Gələcəyin ritmini müəyyən edəcək peşələrin bu gün daha çox texnologiyalar ilə bağlı peşələr olması, işlərin bir çoxunun avtomatik olaraq yerinə yetirilməsi ilə razılaşaq, ancaq ümid edək ki, həyati əhəmiyyət kəsb edən tibb, mühəndislik, memarlıq, müəllimlik, kimi peşələrin robotlaşdırılmasına zərurət yaranmayacaq.

Bu gün hələ ki, bir bir qayda olaraq oğlan abituriyentlər texniki və iqtisad, qız abituriyentlər isə humanitar ixtisaslara üstünlük verir. Bununla belə ixtisas saçimində müəyyən məqam və nüanslar var ki, bunu da seçimin məhz abituriyentin sırf maraq və istəkləri ilə əlaqələndirmək düzgün olmazdı. Belə ki, arzu və istəklərin fərqli olması, gənclərin ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verməsi, valideyn və repetitor reaksiyası və təsiri, ödənişin olub-olmaması və ya azlığı, çoxluğu, regional xüsusiyyətlər, gələcəkdə işlə təmin olunmaq, erkən karyera qurmaq perspektivləri, keçid balının əlçatanlığı, plan yerlərinin limiti və digər şərtlər də abituriyentin ixtisas seçiminə təsirsiz ötüşmür.

Ümumiyyətlə, bizdə valideynlər övladlarının nüfuzlu ali məktəblərə və nüfuzlu fakültələrə qəbul olmağı ilə fəxr edirlər. Hamı hüquqşünas, diplomat, həkim, mühəndis olmaq üçün can atır. Bu hər şeydən əvvəl ondan irəli gəlir ki, xüsusilə son illərdə “Dövrün tələblərinə uyğun olmayan ixtisaslar”, “lazımsız ixtisaslar”, “nüfuzlu ixtisaslar”, ”ən nüfuzlu ixtisaslar”, “nüfuzsuz ixtisaslar” və s. bu kimi fikirlərə geniş yer verilir. Belə mövqelər açıqlanır ki, məsələn elektrik mühəndisliyi, gəmiqayırma, maşınqayırma, meteorologiya mühəndisliyi, geodeziya və xəritəçilik kimi xeyli ixtisas var və onlar artıq müasir dövrün tələblərinə uyğun deyil. Texnoloji yeniliklər bu ixtisasların əhəmiyyətini azaldıb. Baytarlıq, aqronomluq, meşəçilik, zootexniklik, kimi ixtisaslara da hazırda əmək bazarında demək olar yer yoxdur.Ümumiyyətlə ixtisasların “nüfuzlu” və “nüfuzsuz” kateqoriyalarına bölünməsini də yolverilməz hesab edirəm. Nəyə görə hüquqşünas, diplomat nüfuzlu ixtisas olmalıdır, zootexnik, baytar nüfuzsuz? Bəzi insanlar bəzi ixtisasların aktuallığının tamamilə itirdiyini və bu istiqamətdə kadr hazırlığına ehtiyac qalmadığını düşünürlər, vəziyyət isə başqadır. Texnologiya nə qədər inkişaf etsə də, robotlar insan işini görsələr də canlı mütəxəssisin bir işə can yandırmağı başqa məsələdir. Məgər bizə zootexnik, baytar, aqronom lazım deyil? Nə vaxta qədər neftdən, qazdan asılı qalmalıyıq? Hesab edirəm ki, iqtisadiyyatımızın dinamik inkişafı naminə, sosial ədalət və sosial rifah naminə bütün ixtisaslara və peşələrə eyni gözlə baxmalıyıq. Bunun üçün kifayət qədər müxtəlif üsul və vasitələr, habelə stimullaşdırıcı imkanlar axtarıb tapmaq olar. Gəlin, çalışaq zamanı qabaqlamayaq, zaman bizdən daha sürətlidir…”.

Oxşar xəbərlər

Bütün xəbərlər