Xəbər lentiwidget-title-icon

DİM təcrübəsi BDU-nun inkişafına töhfə verəcək
AzTU Pakistan universiteti ilə əməkdaşlığı genişləndirir
Ali və orta ixtisas təhsilli müəllimlərin sayı açıqlanıb
PMS imtahanının I mərhələsi keçiriləcək
Dərsliklərdə şagirdlərin fərdi səviyyələrinə uyğun tapşırıqlar hazırlanıb
Riyaziyyat dərsliklərinə kəsrlərlə bağlı yeni mövzular daxil edilib
İbtidai siniflərdə ehtimal mövzusu tədris edilməyəcək
"Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Alimlər yaddaşı bərpa edən burun damcısı hazırlayıblar
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edilib
Fizika dərsliklərində saysız problem - Ağır üslub, elmi səhvlər, anlaşılmaz mövzular
Mil-Muğan RTİ-də yeni təyinat
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib
Respublika fənn olimpiadalarına qeydiyyat müddəti uzadılıb
Ağdaş Dövlət Humanitar Kollecində korrupsiya: Qiymətlər pulla dəyişdirilib?
Qarabağda kadr ehtiyacı peşə hazırlığı ilə qarşılanacaq
Kimya İnstitutunun alimlərinin plastik çirklənməsinin azaldılmasına dair icmal məqaləsi dərc olunub
İxtisas seçimi qəbul balından asılı olmamalıdır - Emin Əmrullayev
Emin Əmrullayev: Peşə hazırlığına cəlb olunanların sayı artırılacaq
"İbtidai sinif müəllimlərinin çoxu ali təhsilli deyil"
“Diplom almaq bilikli olmaq anlamına gəlmir” - Emin Əmrullayev
Baş redaktor İnam Kərimova müraciət edib
Məktəblərin istilik təchizatı ilə bağlı RƏSMİ AÇIQLAMA verilib
AzTU Gürcüstan Texniki Universiteti ilə əməkdaşlığı genişləndirir

“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib

“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsindən ibarətdir.

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Dəyərlərimizi qoruyaq!”, həmçinin “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda Novruz bayramına həsr olunmuş tədbirlər, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, intellektual müsabiqə, yarış və sosial aksiyalar, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması, “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festivalın keçirilməsi planlaşdırılır.

“Qardaşlaşmış məktəblər” təşəbbüsünə və OCEP proqramına qoşulmuş ümumi təhsil müəssisələri, eləcə də YUNESKO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərdə “Dəyərlərimizi qoruyaq!”, məktəb kitabxanalarında “Dəyərlərimiz bədii ədəbiyyatda” adlı tədbirlər, “Mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri və “Milli musiqimiz xalqımızın milli dəyəridir” adlı milli musiqi günləri təşkil olunacaq.

Həmçinin layihə çərçivəsində ümumi təhsil məktəblərində mövzuyla bağlı layihələrin, istedadlı şagirdlər tərəfindən milli və mənəvi dəyərlərimizin qorunması istiqamətində müxtəlif dillərdə materialların hazırlanması və internet resurslarında yerləşdirilməsi, mənəvi dəyərlərimizin əks olunduğu bədii nümunələr (əsərlər) əsasında tamaşaların nümayişi də nəzərdə tutulur.

Oxşar xəbərlər

Bütün xəbərlər