Təhsil Media
Metronun iki stansiyasında gediş nə vaxta qədər pulsuz olacaq? - Rəsmi
Xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə 23 sentyabrdan etibarən metronun "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti müddət üçün ödənişsiz edilib.
Tehsilmedia.org oxu.az-a istinadən xəbər verir ki, indiyə qədər hər iki stansiyadan 700 min nəfərdən çox sərnişin pulsuz istifadə edib. Bu proses nə vaxta qədər davam edəcək və adıçəkilən stansiyalardan pulsuz istifadə nə vaxt başa çatacaq?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov oxu.az-a bildirib ki, prosesin başa çatacağı vaxt hələlik məlum deyil:
AzMİU Gürcüstan universitetləri ilə əməkdaşlıq edəcək
Noyabrın 16-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı işə başlayıb.
Tehsilmedia.org xəbər verir ki, Gürcüstan Texniki Universitetində keçirilən konfransda elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri qatılıblar.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova da konfrans iştirakçıları arasındadır.
Professor Gülçöhrə Məmmədova tədbir çərçivəsində keçirilən müzakirələrdə çıxış edərək Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, universitetlərarası əlaqələrin möhkəmləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin aparılması və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. O, həmçinin ali təhsil müəssisələri arasında akademik tərəfdaşlığın inkişafının təhsilin keyfiyyətinin yüksəldilməsinə və elmi potensialın gücləndirilməsinə töhfə verdiyini vurğulayıb.
Tədbir çərçivəsində AzMİU ilə Gürcüstan Texniki Universiteti, Tbilisi Dövlət Rəssamlıq Akademiyası və Qara Dəniz Beynəlxalq Universiteti arasında ikitərəfli əməkdaşlıq memorandumları da imzalanıb. Memorandumlar universitetlər arasında akademik əlaqələrin genişləndirilməsi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşkili və birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Konfransda Azərbaycan və Gürcüstan universitetlərinin rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili, ali təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi təşkil olunub.
Qeyd edək ki, bu kimi konfranslar iki ölkə arasında ali təhsil və elm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsi, universitetlərarası əməkdaşlığın genişləndirilməsi, akademik mobilliyin təşviqi, birgə elmi-tədqiqat təşəbbüslərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. AzMİU-nun belə beynəlxalq platformalarda təmsil olunması universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və təcrübə mübadiləsinin inkişafına töhfə verir.
567 nömrəli marşrutun avtobusları yenilənir
Qobu qəsəbəsini "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrutun avtobusları yenilənir.
Tehsilmedia.org bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, noyabrın 18-dən marşrut üzrə 11 ekoloji təmiz, CNG texnologiyası ilə təchiz edilən müasir və komfortlu avtobus 9-10 dəqiqə intervalla sərnişinlərə xidmət göstərəcək.
Nazirlik Dövlət İdarəçilik Akademiyası ilə bağlı iddialara cavab verib
Bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsindən keçmədiyi ilə bağlı məlumatlar yayılmışdı.
İddialara görə, Elm və Təhsil Nazirliyinin açıqladığı məlumatda 2025–2026-cı tədris ili üzrə institusional akkreditasiya qiymətləndirilməsi keçirilən ali təhsil müəssisələri sırasında Dövlət İdarəçilik Akademiyasının da adı yer alıb. Lakin akademiyanın qiymətləndirmə nəticəsi mənfi olub.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə aparılır və akkreditasiyanın nəticələri Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir:
"Şuranın qərarları barədə Elm və Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilir.
Alimlər neft hasilatını artıran kompozisiya yaradıblar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun alimlərinin yaratdığı polimer kompozisiya neft quyusunda hasilatı 3 dəfə artırıb.
Bu barədə Tehsilmedia.org-a institutdan məlumat verilib.
Bildirilib ki, keçid metal kompleksləri və klatrat materiallar laboratoriyasının müdiri kimya üzrə fəlsəfə doktoru Qüdrət Əliyevanın rəhbərliyi ilə alimlər tərəfindən sintez edilən nanoquruluşlu koordinasion polimerəsaslı kompozit “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) “Zağlı-Zeyvə” sahəsində yerləşən neft quyusunda uğurla sınaqdan keçirilib. Bu barədə məlumat verən Kimya İnstitutunun direktoru professor Əfsun Sucayev bildirib ki, cari ilin oktyabr ayında aparılan istehsalat sınaqları müsbət nəticə verib. Sınaqların yekunlarına əsasən, “Siyəzənneft” NQÇİ tərəfindən instituta müsbət rəy əks olunan akt təqdim edilib. Sınaq prosesində müəyyən texniki çətinliklər yaransa da, onlar operativ şəkildə aradan qaldırılıb və proses uğurla başa çatdırılıb.
Direktorun sözlərinə görə, kompozitin tətbiqindən əvvəl neft quyusu fasiləli istismar rejimində işləyib və orta sutkalıq neft hasilatı 0,2 ton təşkil edib. Sınaqdan sonra aparılan ölçmələr nəticəsində bu göstəricinin 0,6 tona yüksəldiyi müəyyən olunub. Beləliklə, institut alimlərinin sintez etdiyi polimer kompozitin tətbiqindən sonra quyunun sutkalıq neft hasilatı 3 dəfə artaraq 0,6 tona çatıb. Hasilatda mütləq artım isə sutkada 0,4 ton təşkil edib.
"Elmi fəaliyyəti olmayan universitetlər doktorantı necə hazırlayır?!" - Professorun iradı
Azərbaycanda doktorantura təhsilinin təşkili, dissertasiyaların vaxtında müdafiə olunmaması və elmi kadr hazırlığının mövcud vəziyyəti yenidən müzakirə mövzusuna çevrilib.
Doktorantların cəmi 5-6 faizinin dissertasiyasını nəzərdə tutulan müddətdə müdafiə edə bilməsi bu sahədə sistemli problemlərin mövcudluğu ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bunun çox ciddi problem olduğunu və məsələ ilə bağlı araşdırma apardığını qeyd edib.
"İlk növbədə, problemin səbəbləri dərindən öyrənilməlidir. Doktorantura təhsili ciddi zaman və əmək tələb edir. Lakin biz bəzi hallarda doktorantların paralel olaraq işləməyə məcbur qaldıqlarını görürük. Bunun əsas səbəblərindən biri doktorantlara ödənilən vəsaitin kifayət qədər olmamasıdır. Nəticədə gənc tədqiqatçı həm maddi təminat əldə etmək, həm də doktorant statusunu qorumaq istəyir. Ancaq elmi fəaliyyətə lazımi vaxt ayırmadan uğurlu nəticə əldə etmək çətindir.
Burada əsas problemlərdən biri elmi rəhbərlik institutunun fəaliyyətidir. Bəzi hallarda elmi rəhbərlərin özlərinin elmi fəaliyyəti kifayət qədər olmur. Sovet dövründən qalma yanaşmalarla müasir dövrün gənc tədqiqatçılarına rəhbərlik etmək mümkün deyil. Bu gün rəqəmsal dövrdür, informasiya bolluğu var. Əvvəllər müəyyən mövzu ilə bağlı cəmi bir neçə mənbə tapmaq mümkün idisə, indi milyonlarla elmi materiala çıxış var. Belə şəraitdə elmi rəhbər tədqiqatçıya düzgün istiqamət verməyi, mənbələri seçməyi və elmi yanaşma formalaşdırmağı bacarmalıdır.
Təəssüf ki, bəzi universitetlərdə elmi fəaliyyəti kifayət qədər olmayan şəxslər doktorantlara rəhbərlik edirlər. Elmi fəaliyyəti olmayan universitetlərin doktorantura hazırlığı aparması da suallar doğurur. Mən dəfələrlə bu məsələni gündəmə gətirmişəm: əgər universitetin, kafedranın və elmi rəhbərin müvafiq istiqamətdə elmi fəaliyyəti yoxdursa, orada doktorantura hazırlığı necə həyata keçirilir?!
Digər tərəfdən, doktorantların özləri də seçim zamanı diqqətli olmalıdırlar. Elmi rəhbəri, kafedranı, tədqiqat mövzusunu və universitetin imkanlarını əvvəlcədən araşdırmaq lazımdır. Çünki söhbət insanın gələcək həyatının üç ilindən gedir. Bütün bunlara diqqət yetirilmədikdə, doktorantura müddəti başa çatır, lakin müdafiə mümkün olmur.
Bu gün beynəlxalq elmi mənbələrə çıxış imkanları kifayət qədər genişdir. Əvvəllər müəyyən elmi mənbələri əldə etmək üçün başqa ölkələrə, məsələn, Londona və ya Moskvaya getmək lazım gəlirdi. Mən özüm də vaxtilə bir dissertasiyanı oxumaq üçün Moskvaya səfər etmişəm. İndi isə vəziyyət tamamilə fərqlidir. İnternet vasitəsilə dünyanın müxtəlif ölkələrində nəşr olunan elmi əsərləri, dissertasiyaları və kitabları əldə etmək mümkündür. Lazımi mənbələri tapmaq, oxumaq və onlara istinad etmək üçün geniş imkanlar mövcuddur.
Mən hesab edirəm ki, doktorant universitet və elmi istiqamət seçərkən bütün bu məsələləri əvvəlcədən araşdırmalıdır. Əgər hər hansı ixtisas üzrə universitetdə laboratoriya yoxdursa, həmin sahədə müvafiq müəllim və elmi potensial mövcud deyilsə, doktorant bunu nəzərə almalıdır. Mən həmişə tələbə və doktorantlara tövsiyə edirəm ki, seçim etməzdən əvvəl araşdırma aparsınlar. Elmi rəhbər kimdir, hansı kafedrada fəaliyyət göstərəcək, seçdiyi mövzu üzrə hansı tədqiqatlar aparılıb, universitetin imkanları nədən ibarətdir? Bütün bunlar əvvəlcədən dəqiqləşdirilməlidir.
Təəssüf ki, bəzi hallarda fəaliyyəti zəif olan kafedralar doktorantura hazırlığı ilə məşğul olurlar. Nəticədə üçillik təhsil müddəti başa çatır, doktorant isə dissertasiyasını müdafiə edə bilmir.Bu istiqamətdə mənim geniş tədqiqatım var. Hesab edirəm ki, məsələ daha dərindən araşdırılmalı və müzakirəyə çıxarılmalıdır. Təəssüf ki, keçirilən tədbirlərdə bu problemlərə hər zaman lazımi diqqət ayrılmır. Halbuki doktorantların real problemləri, elmi rəhbərlik mexanizmi və müdafiə göstəricilərinin aşağı olmasının səbəbləri açıq şəkildə müzakirə edilməlidir.
Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilir.
Tehsilmedia.org xəbər verir ki, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunur.
Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları və təqaüd imkanları barədə məlumat verilməsi, universitet nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılması nəzərdə tutulur.
Sərginin əsas məqsədi Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq və gənclərin ölkəmizdə təhsilə marağını artırmaqdır.
Dərsliklərin ictimai müzakirəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Son günlər dərsliklərin məzmunu, tədris materiallarında yer alan məlumatlar ilə bağlı müzakirələr gündəmdədir. Yaranan suallar dərsliklərin hazırlanması, məzmununun qiymətləndirilməsi və təkmilləşdirilməsi məsələlərini yenidən aktuallaşdırıb.
Tehsilmedia.org xəbər verir ki, mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, ümumi təhsil pilləsi üçün dərsliklərin hazırlanması Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən həyata keçirilir. Bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələri üçün təkmilləşdirilməsi və ya yenidən hazırlanması zəruri olan dərsliklərin siyahısı müəyyən edilir və tərtibi bu sahədə təcrübəsi olan nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilir.
Qaydaya əsasən, dərsliklərin hazırlanması zamanı  materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, dəyəryönümlülüyü, tərbiyəyönümlülüyü, təhsilalanların yaş xüsusiyyətlərinə uyğunluğu, pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və quruluşun məntiqliyi, estetikliyi və müasirliyi, habelə “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğunluğu təmin edilməlidir.
Hazırlanmış dərslik layihələrinin qaydanın müvafiq bəndi ilə müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilməsi üçün ən azı on il pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı üç mütəxəssislə xidməti müqavilə bağlanılır və dərslik layihələri ekspert qiymətləndirilməsinə təqdim edilir.
Bununla yanaşı, dərslik layihələrinin keyfiyyətinin artırılması, məzmunun elmi-metodiki baxımdan təkmilləşdirilməsi və mümkün nöqsanların aradan qaldırılması məqsədilə nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirələri təşkil olunur. Bu çərçivədə dərslik layihələri Dövlət İmtahan Mərkəzinə təqdim edilir, həmçinin www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilərək ictimaiyyətin rəy və təkliflərinin alınması üçün açıq müzakirəyə çıxarılır.
Eyni zamanda, layihələr aidiyyəti dövlət qurumlarına, ali təhsil müəssisələrinə və elmi təşkilatlara müvafiq sahələr üzrə rəy və təkliflərin alınması məqsədilə təqdim edilir.
Sözügedən proses çərçivəsində təqdim edilmiş rəylər dərslikləri hazırlayan nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur, müəllif heyəti ilə birlikdə təhlil olunur və həmin dərsliklər istifadəyə təqdim edilmədən öncə təkmilləşdirilir. Bu proses dərslik layihələri yuxarıdakı meyarlara cavab verənədək bir neçə dəfə təkrarlanır.
Qaydaya əsasən, hazırlanmış dərsliklərin ümumi təhsil müəssisələrində istifadə edilməsi üçün dərsliklərin təsdiqlənməsi qrif verilməsi yolu ilə həyata keçirilir və onlara qrif dərslik qiymətləndirildiyi hər bir meyar üzrə maksimal balın ən azı 80 faizini topladıqdan sonra verilir.
Qrif verilmiş dərsliyin məzmunu qrifin verildiyi tarixdən etibarən beş tədris ili müddətində istifadəyə yararlı hesab olunur.
“Göründüyü kimi, Elm və Təhsil Nazirliyi tərəfindən dərsliklərin tərtibi nəşriyyat-poliqrafiya müəssisələrinə sifariş edilməsi yolu ilə həyata keçirilir. Həmin müəssisələr tərəfindən hazırlanmış dərslik layihələrinin qiymətləndirilməsi məqsədilə nazirlik tərəfindən sahə üzrə ekspertlər cəlb olunur, həmçinin onların nəşrqabağı elmi-metodiki monitorinqi və ictimai müzakirəsi təşkil edilir.
Bununla belə, müşahidələr göstərir ki, dərslik layihələrinin ictimai müzakirəsi prosesində iştirakçılıq səviyyəsi arzuolunan həddə deyil və bu zaman müzakirə zamanı gözlənilən səmərə əldə olunmur”.
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir qrup müəllimlə görüşüb.
Bu barədə Tehsilmedia.org-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla birgə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov və nazirliyin əməkdaşları da iştirak ediblər.
Görüş zamanı son illərdə ölkənin təhsil sistemində həyata keçirilən islahatlar, təhsilin məzmununun müasir çağırışlara uyğunlaşdırılması, müəllimlərin sertifikatlaşdırılması, peşəkar inkişaf imkanlarının genişləndirilməsi, işə qəbul, qiymətləndirmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran hədəflər müzakirə olunub.
Nazir Emin Əmrullayev Naxçıvanda təhsilin inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlər üçün bərabər imkanların yaradılması və müasir dövrün təhsil sisteminin qarşısında qoyduğu tələblər barədə fikirlərini bölüşüb.
Nazir təhsilin əsas məqsədlərindən birinin şagirdlərin şəxsiyyət kimi formalaşması olduğunu vurğulayıb. Bildirib ki, uşağın hansı ailədə və hansı bölgədə dünyaya gəlməsindən asılı olmayaraq təhsil ona gələcəkdə uğur qazanmaq üçün bərabər imkanlar yaratmalıdır.
Təhsilin keyfiyyətinə toxunan Emin Əmrullayev müasir dövrdə şagirdlərə yalnız mövcud biliklərin ötürülməsinin kifayət etmədiyini, tədrisin məzmununun dəyişən dünyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Süni intellektin inkişafının təhsilin qarşısında yeni çağırışlar yaratdığını bildirən nazir şagirdlərdə müstəqil düşünmə, problemləri təhlil etmə və onların həlli yollarını tapmaq bacarıqlarının formalaşdırılmasının əhəmiyyətini vurğulayıb.
Emin Əmrullayev müəllim fəaliyyətinin qiymətləndirilməsində əsas meyarın şagirdlərin öyrənmə nəticələri olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təhsil sistemində qəbul edilən qərarların başlıca məqsədi şagirdlərin daha keyfiyyətli təhsil almalarına xidmət etməkdir.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Ovni Muradov muxtar respublikada təhsil sahəsində mövcud vəziyyət, təhsil müəssisələrinin infrastrukturu və maddi-texniki təminatı, eləcə də müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev müəllimlərin fikir və təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif olunmuş Naxçıvan təhsil işçilərinə mükafatlar təqdim edilib.
Çıxış edən müəllimlər öz növbələrində onlara göstərilən diqqətə və əməyə verilən qiymətə görə minnətdarlıqlarını bildirərək bu cür görüşlərin mövcud məsələlərin müzakirəsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda xatirə fotosu çəkdirilib.
Bu gün Milli Dirçəliş Günüdür
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.
Tehsilmedia.org xəbər verir ki, bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.
1988-ci il noyabrın 17-də Azadlıq meydanına toplaşan yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsi Meydan hərəkatının əsasını qoyub.
Moskvanın və o zamankı yerli hakimiyyət orqanlarının siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü üzərinə götürən xalq 1988-ci il noyabrın 17-də Bakının mərkəzi meydanına toplaşaraq fasiləsiz kütləvi etiraz aksiyasına başlayıb. 17 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan prosesin mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.