Şikayətlər - Təhsil Media
Neftçalada 30 şagird müəllimsiz qalb - Direktor uşaqları evə göndərir
Neftçala rayonunun Mirzəqurbanlı kənd orta məktəbində 5, 6, 7, 8 və 9-cu siniflərdə müəllim olmadığı üçün sentyabrın 15-dən bu günədək dərslər keçirilmir.
Tehsilmedia.org bildirir ki, bizimesr.info-ya müraciət edən valideynlərin sözlərinə görə, təxminən 30 şagird hər gün məktəbə getsə də, direktor Pərviz Hacıyev onlara müəllim olmadığını bildirərək evə qayıtmalarını deyir.
Valideynlər bildirirlər ki, əvvəlcə məktəb direktoruna, daha sonra rayon təhsil şöbəsinin rəhbərliyinə və digər rəsmi qurumlara şikayət ediblər. Lakin üç həftəyə yaxındır onlara problemin “bu gün, sabah” həll olunacağı deyilir.
Valideynlərin sözlərinə görə, məktəb təmirli və lazımi avadanlıqlarla təmin olunub. Ötən tədris ilinin sonunadək burada 20-yə yaxın müəllim çalışıb və dərslər normal qaydada keçirilib. Lakin bu il müəllimlər başqa məktəblərə köçürülüb və nəticədə Mirzəqurbanlı kənd məktəbi müəllimsiz qalıb. Son nəticə də göz qabağındadır - uşaqlar müəllimlər olmadığı üçün təhsilsiz qalıblar.
Həmçinin dərslərin onlayn keçiriləcəyini deyərək məktəbə bir neçə kompüter də gətiriblər. Amma daha sonra kompüterlər də aparılıb. Valideynlərin bildirdiyinə görə, hazırda məktəbdə yalnız direktor, iki ibtidai sinif müəllimi və xadimələr qalıb.
Övladlarının təhsilsiz qalmasından narahat olan valideynlər maddi imkanlarının məhdud olması səbəbindən uşaqlarını başqa məktəblərə göndərə bilmədiklərini deyirlər. Bir neçə valideyn uşaqlarını taksi ilə başqa məktəblərə göndərsə də, artıq onlar da maddi problemlər səbəbindən bunu edə bilmirlər.
Onların sözlərinə görə, məktəbdə belə bir vəziyyətin yaranacağı barədə əvvəlcədən məlumat da verilməyib. Valideynlər problemin həlli üçün elm və təhsil naziri Emin Əmrullayevə müraciət edərək kömək istəyirlər.
Beləliklə, dərs ilinin başlanmasından üç həftəyə yaxın vaxt keçsə də, Mirzəqurbanlı kənd məktəbinin 5–9-cu siniflərində oxuyan təxminən 30 şagird müəllim olmadığı üçün təhsilsiz qalıb. Valideynlər aidiyyəti qurumlardan və rayon rəhbərliyindən problemin həllini, övladlarının təhsil hüququnun təmin olunmasını xahiş etsələr də, hələ də problem öz həllini tapmayıb.
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
"Şikayətim 98 saylı uşaq bağçasındandır".
Tehsilmedia.org dia.az-a istinadən xəbər verir ki, bu barədə Leyla Türkmən adlı istifadəçi özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən övladımı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat vasitəsilə qeydiyyatdan keçirmişəm və övladım həmin bağçaya qəbul olunub.
Qəbul ilə bağlı bağçaya yaxınlaşdıqda mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir. Bildirildi ki, dövlət bağçasının tərkibində özəl (ödənişli) qrup fəaliyyət göstərir və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməlidir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul olunmuş uşağın hansı əsasla ödənişli qrupa yönləndirilməsi və dövlət bağçasının tərkibində bu formada ödənişli qrupun fəaliyyət göstərməsinin hüquqi əsasları mənə aydın şəkildə izah edilməyib. Bununla əlaqədar olaraq, məsələnin araşdırılmasını, övladımın dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulunun hansı əsaslarla ödənişli qrupla əlaqələndirildiyinin müəyyən edilməsini və həmin ödənişin hüquqi əsasının mənə rəsmi şəkildə bildirilməsini xahiş edirəm.
Həmçinin xahiş edirəm ki, dövlət bağçasına qəbul olunmuş uşaqlar üçün ödənişli qrupun seçilməsinin məcburi olub-olmaması və ödəniş etmədən dövlət hesabına fəaliyyət göstərən qrupda uşağın yerləşdirilməsinin mümkünlüyü araşdırılsın.
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
Yasamal rayonunda yerləşən Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri dərs yükü, uzun dərs saatları və məktəbdəki sanitar şəraitlə bağlı narazılıqlarını bildiriblər.
Tehsilmedia.com xəbər verir ki, “Real Azərbaycan”a müraciət edən valideynlərin sözlərinə görə, bəzi siniflərdə şagirdlər gün ərzində uzun müddət məktəbdə qalırlar və bu vəziyyət uşaqların həm fiziki, həm də psixoloji yorğunluğuna səbəb olur.
Xüsusilə məktəbin 7Z sinfində təhsil alan şagirdlərdən birinin valideyni bildirib ki, dərslər səhər saat 08:00-da başlayır və 16:00-da başa çatır.
Valideyn deyir ki, uşaqların məktəbə vaxtında çatması üçün səhər çox erkən yuxudan qalxması lazım gəlir:
“Biz təhsilin əleyhinə deyilik. Əksinə, övladlarımızın yaxşı təhsil almasını istəyirik. Amma uşaq səhər saat 05:00-da yuxudan qalxır. Yolun tıxacını nəzərə alaraq səhər yeməyini yeyib hazırlaşır və saat 06:00-da evdən çıxır ki, dərsə vaxtında çatsın. Dərs saat 16:00-da bitir. Bundan sonra isə uşağın 3-4 saat müəllim yanında hazırlığı olur. Evə axşam saat 20:00-21:00 radələrində çatır. Uşaq yatana qədər gecə olur”.
Valideynlərin sözlərinə görə, məktəbdə sanitar qovşaqların vəziyyəti də narazılıq doğurur. Onlar sanitar qovşaqların vəziyyətini “dözülməz” kimi qiymətləndirir və bildirirlər ki, bəzi uşaqlar bu səbəbdən ehtiyaclarını ödəmək üçün məktəbdən kənardakı obyektlərdən istifadə etməyə, hətta bəzən taksi ilə evə getməyə məcbur qalırlar.
Valideynlər həmçinin dərs yükünün uşaqlar üçün həddindən artıq olduğunu düşünürlər. Onların sözlərinə görə, ingilis dili, alman dili və digər xarici dillərlə yanaşı, çoxsaylı fənlərin tədrisi uşaqların üzərinə ciddi yük qoyur.
“Uşaqlar artıq əsəbi olurlar, psixoloji vəziyyətləri yaxşı deyil. 12-13 yaşlı uşaq səhər tezdən axşama qədər dərs oxuyub, daha sonra hazırlığa gedirsə, onun istirahətinə və normal yuxusuna nə vaxt qalır?” – deyə valideynlər sual edirlər.
Valideynlər hesab edirlər ki, təhsilin keyfiyyəti ilə yanaşı, şagirdlərin fiziki və psixoloji rahatlığı, istirahəti və normal inkişafı da nəzərə alınmalıdır.
“Uşaqlar robot deyil ki, səhər tezdən axşama qədər fasiləsiz dərs və hazırlıqla məşğul olsunlar. Biz təhsilin əleyhinə deyilik. Sadəcə olaraq uşaqlarımızın sağlamlığının da nəzərə alınmasını istəyirik”, – deyə valideynlər bildiriblər.
Valideynlər Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək məktəbdə dərs cədvəlinin, şagirdlərin gündəlik dərs yükünün və sanitar qovşaqların vəziyyətinin araşdırılmasını xahiş ediblər. Onlar dərs saatlarının müəyyən edilmiş normativ tələblərə uyğun olub-olmamasının yoxlanılmasını və qeyd etdikləri problemlərlə bağlı müvafiq tədbirlərin görülməsini istəyirlər.
“Məktəb acınacaqlı vəziyyətdədir, uçub-dağılır” - FOTO + VİDEO
“Ağdam rayonunun Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb acınacaqlı vəziyyətdədir. Binanın bəzi hissələri uçub-dağılır. Ən böyük narahatlığımız isə uşaqların hər gün bu binada təhsil almasıdır”.
Tehsilmedia.com xəbər veriri ki, bu şikayətlə “Qafqazinfo”ya kənd sakini Vüsal Zamanzadə müraciət edib.
Vətəndaşın sözlərinə görə, vaxtilə özü bu məktəbdə oxuyub, gələcəkdə isə övladının burada təhlükəsiz şəkildə təhsil almasını istəyir: “Bir zamanlar təhsil aldığım bu məktəb hazırda bərbad və acınacaqlı haldadır. Gələcəkdə övladımı bu məktəbə göndərməyə qorxuram. Lap mənim övladım olmasın, qonşunun övladı olsun, fərqi yoxdur. Burada dərs keçilməsi uşaqlarımız üçün təhlükəlidir.
Bu məktəbin qarşısından birbaşa Qarabağ istiqamətinə keçmək mümkündür. Kəndimiz “Qarabağın qapısı” sayılır. Belə bir ərazidə təhsil ocağına biganə qalmaq düzgün deyil. Bu məktəb axırıncı dəfə 30 il öncə təmir edilib”.
Vüsal Zamanzadə qeyd edib ki, məktəbin vəziyyəti ilə bağlı kəndlilər tərəfindən dövlət qurumlarına dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb: “Elm və Təhsil Nazirliyinə, Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin problem hələ də həll olunmayıb. Məktəbin əsaslı şəkildə təmir olunmasına və ya yeni binanın tikilməsinə ehtiyac var”.
Sözügedən şikayətlə bağlı Qarabağ Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri qurumun əsas prioritetlərindəndir: “Son bir il ərzində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan 30-dan çox məktəbdə cari, 16 məktəbdə isə əsaslı təmir işləri aparılıb və 1 məktəb binası sökülərək yenidən tikilib.
Ağdamın Əsgər Əliyev adına Evoğlu kənd tam orta ümumtəhsil məktəbinin ümumi vəziyyətindən xəbərdarıq. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsinin həyətyanı modul tipli məktəbin tiktisinə başlanılıb. Təhsil müəssisəslərinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.
Problem barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) ünvanladığımız müraciətə isə belə cavab aldıq: “Ağdam rayonu, Evoğlu kəndində yerləşən Əsgər Əliyev adına tam orta məktəb binasına vizual baxış zamanı daxili və xarici səthlərdə aşınmalar, döşəmələrin yararsız halda olması, əsas yükdaşıyan divarlarda çatlar müşahidə edilib.
Məlumat üçün qeyd edək ki, hazırda məktəbin ərazisində 90 şagird yerlik modul tipli məktəb binası inşa edilir. Modul tipli məktəb binasının layihəsinə FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən müvafiq rəy verilib”.
"Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur..."
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlının Şirvan Peşə Liseyinə yenicə təyin etdiyi direktor Vasif Eyvazov 20-25 ilin işçilərini müxtəlif bəhanələr gətirərək işdən azad edir. Əvəzində isə müqavilə ilə öz tanışlarını, yaxın adamlarını işə qəbul edir.
Vasif Eyvazovla bağlı şok xəbərlərimiz olacaq. Vasif Eyvazov kimdir və bu posta necə gətirilib?
Peşə Təhsili üzrə Dövlət Agentliyi demək olar ki, bütün işçiləri ilə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozur.  Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, həmin müqavilə müddətsiz əmək müqaviləsi hesab olunur.
Göründüyü kimi, 20-25 ilin işçilərini aldadıb onlarla müddətli əmək müqaviləsi bağlayırlar və və istədikləri zaman çıxara bilirlər... Bu İlqar Bayramlının Azərbaycanın qanunlarına hörmətsizliyi ilə yanaşı, qanunları saymadığının bariz nümunəsidir. Ölkənin təhsil sistemini Emin Əmrullayev necə bərbad günə qoyubsa, vəzifələrə təyin etdiyi şəxslər də onun kimi qanunları, insanlığı, işçi əməyini kobud şəkildə pozmaqda davam edirlər.
Bu gün Peşə məktəblərində Əmək Məcəlləsi kobud şəkildə pozulur...
Bir şəxs də tapılmır ki, çıxıb bu adamlara "dur" desin. İnsanları əsasən bölgələrdə, heç bir əsası olmayan səbəblərdən işdən çıxarmaq nə deməkdir? Dərəbəylikdir, yoxsa siz bu ölkənin vətəndaşını nə hesab edirsiz? Vasif Eyvazov kimdir və ona Peşə Liseyində "gestapo" yaratması üçün kim hansı səlahiyyəti verib?
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
Sumqayıt Dövlət Universitetinin qiyabi təhsil formasında təhsil alan bir qrup tələbəsi Ağ-Qaraya müraciət edərək universitetdə tətbiq olunan qaydalardan ciddi narazılıqlarını ifadə ediblər.
Tələbələr bildirirlər ki, yeni tətbiq olunan qaydalar onların təhsil müddətinə, iş rejiminə, məzuniyyət imkanlarına və əlavə maliyyə xərclərinə ciddi təsir göstərir.
Tələbələrin sözlərinə görə, xüsusilə bir semestr üzrə 24 kredit limiti və imtahan sessiyalarının keçirilmə qaydasının dəyişdirilməsi narazılıq yaradıb.
Tələbələr tərəfindən Ağ-Qaraya sübut kimi təqdim olunan WhatsApp qrup yazışmalarında isə universitet tərəfindən aşağıdakı məlumatların göndərildiyi bildirilir.
WhatsApp qrupuna göndərilən 1-ci mesaj:
“Salam, hörmətli tələbələr. Nəzərinizə çatdırıram ki, yeni qaydalara əsasən, qiyabi təhsilalma formasında bir semestr üzrə tədris yükü maksimum 24 kredit müəyyən edilmişdir. Bu səbəbdən cari semestrdə 24 kredit limitini aşacaq şəkildə alt qrup fənni götürməyə icazə verilmir. İstisna hal: Yalnız cari semestrdə hər hansı bir fəndən rəsmi azadlığı (əvvəl mənimsənilmiş krediti) olan və ümumi kredit yükü 24-ü keçməyən tələbələr boş qalan kredit həcmində alt qrupa yazıla bilərlər.”
WhatsApp qrupuna göndərilən 2-ci mesaj:
“İmtahan sessiyasının təşkili qaydalarında dəyişiklik edilib. Bütün kurslar üzrə qiyabi tələbələrin imtahan sessiyaları artıq əyani təhsildə olduğu kimi ildə iki dəfə — yanvar və iyun aylarında keçiriləcək.
​Sessiyadan kənar heç bir fərdi və ya əlavə imtahan olmayacaq. Əvvəlki qaydalarda olduğu kimi dərslər bitən kimi (məsələn, may ayında həm dərslər, həm də imtahan olmayacaq.) Dərslər sessiyanızın hansı ayda keçirilməsindən asılı olmayaraq, imtahanlarınızı yalnız rəsmi sessiya dövründə — Yanvar və ya iyun aylarında əyani tələbələrlə eyni vaxtda verəcəksiniz.
​Zəhmət olmasa, planlarınızı və hazırlığınızı bu cədvələ uyğun qurun.”
Məhz bu mesajlardan sonra qiyabi tələbələr arasında narazılığın yarandığı bildirilir. Tələbələrin əsas sualı isə belədir: Qiyabi təhsil alan və eyni zamanda işləyən şəxsin iş-təhsil balansı necə qorunacaq?
Tələbələrin fikrincə, imtahanların dərslərdən ayrı vaxtda keçirilməsi onların iş yerlərindən əlavə müddətə icazə almasına, məzuniyyət imkanlarından istifadə etməsinə və regionlardan Sumqayıta dəfələrlə gedib-gəlməsinə səbəb ola bilər. Onlar hesab edirlər ki, qiyabi təhsilin əsas məqsədi işləyən şəxslərin əmək fəaliyyətini davam etdirməklə yanaşı, ali təhsil almasına şərait yaratmaqdır. Tələbələr həmçinin bildirirlər ki, əvvəlki sistemdə dərslər başa çatdıqdan sonra imtahanları verərək işlərinə qayıtmaq imkanları olub. Yeni qrafikin isə onların fikrincə, əlavə vaxt və maliyyə yükü yaratdığı iddia edilir.
Ağ-Qara olaraq qeyd edirik ki, tələbələrin səsləndirdiyi fikirlər onların müraciətində yer alan iddialardır. Məsələnin digər tərəfinin — Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin mövqeyinin də ictimaiyyət üçün əhəmiyyətli olduğunu düşünürük. Bu səbəbdən universitet rəhbərliyinə suallarımız var:
Qiyabi tələbələrin narazılığı nəzərə alınaraq bu qərarlara yenidən baxılması mümkündürmü?
24 kredit limitinin konkret tətbiqi tələbələrin təhsil müddətinə necə təsir göstərəcək?
İmtahanların yalnız yanvar və iyun aylarında keçirilməsi işləyən tələbələrin iş rejimi və təhsil məzuniyyəti ilə necə uzlaşdırılacaq?
Regionlardan gələn tələbələrin əlavə yol və digər xərcləri nəzərə alınıbmı?
Və ən əsası:
Tələbə təhsilini vaxtında başa vurmaq üçün əlavə maddi və təşkilati maneələrlə üzləşməlidirmi?
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Abşeron rayonunun Masazır kəndində yerləşən 5 nömrəli tam orta məktəbdə şagirdlərin iki ildir zirzəmidə dərs keçməsi valideynlərin narazılığına səbəb olub.
Tehsilmedia.com  yenigun.media-ya istinadən xəbər verir ki, məktəbin zirzəmisində təmir işləri aparılaraq həmin sahə sinif otağı kimi istifadə olunmağa başlanılıb. Şagirdlərin sözlərinə görə, artıq iki ildir ki, burada təhsil alırlar.
Övladları məktəbdə oxuyan valideynlər tədrisin zirzəmidə təşkil olunmasından narazılıqlarını dəfələrlə bildirərək problemin həll edilməsini istəyiblər. İddialara görə, məsələ məktəb rəhbərliyinin də diqqətinə çatdırılsa da, problem hələ də öz həllini tapmayıb.
Adiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Məsələ ilə bağlı daha ətraflı Space TV-nin məktəbdən hazırladığı sujeti təqdim edirik.
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
Dərs vaxtı Bakıdakı 244 nömrəli məktəbdən uşaq itir, dublikat direktor işdə yoxdur. Çünki ara məsafəsi 5 kilometr olan 2 məktəbin xozeynidir. Adam eyni zamanda 2 fərqli məktəbdə olmaq üçün dublikatı və ya dublyoru olmalıdır.
Mediada dəfələrlə yazılıb, bir direktora bir neçə məktəbin həvalə olunması ideyası kimə məxsusdursa, bazar təfəkkürüdür. Yəni, mənim adamım daha çox obyektə yiyəlik etsin düşüncəsinin məhsuludur.
Bakı şəhəri 244 nömrəli məktəbin bəxti də bu baxımdan heç gətirməyib. 135 nömrəlı məktəbin direktoru Şəfa Qurbanova öz məktəbinə rəhbərlik  edə bilmir, BŞTİ müdiri Nərminə Hüseynova zorla 244 nömrəlı məktəbi də onun cənginə verib. O da yay tətilində hər sinif rəhbərinə iki min təzminat qoyub. Yazıldı, kollektiv etiraz etdi, dərs ilinə az qalmış Şəfa Qurbanova 244 nömrəli məktəbdən uzaqlaşdırıldı. Məktəbə qazi-221 nömrəlı məktəbin direktor müavini Bədəl Hüseynli direktor gətirildi. Kollektivin dərdinə yenicə şəfa tapılırdı ki, Şəfa Qurbanova dublikat direktor kimi geri qaytarıldı. Kollektivə də hədə-qorxusunu gəldi: "Məni Bakı Təhsil İdarəsinin müdiri Nərminə Hüseynova və İdarənin müdir müavini Turanə Məcidli geri qaytardı ki, sizi başa salım. Özüm getmişdim, sizi sınayırdım, mənə heç kim heçnə edə bilməz".
Qayıtdı, amma olanlar oldu, yenidən yığımlar başladı. Hətta texniki işçilər belə imkanları olmadığı üçün işdən atıldılar.
İlk dərs günü isə dərs zamanı azyaşlı uşaq məktəbdən itdi. Nəzarətsiz məktəb necə olmalıdır? Axı Şəfa Qurbanova həm də əvvəldən 135 nömrəli məktəbin də direktorudur. Orda da obyekti başsız qoymaq olmaz.
Uşaq itən vaxt Şəfa Qurbanova 244 nömrəli məktəbdə olmayıb. Polisə və uşağın valideynlərinə gec məlumat verilib buna görə. 244 nömrəlı məktəbin müəllimlərini küçələrə töküb ki, uşağı tapın, bu haqda heç kim bilməsin. Amma nəticə olmayıb. Saatlar sonra polis tərəfindən tapılan uşaq valideynlərinə təhvil verilib.
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Kadr siyasəti zarafat deyil. Bir şəxsi rəhbər vəzifəyə təyin etmək, sadəcə vəzifə kreslosuna adam oturtmaq demək deyil. Rəhbər seçərkən onun əmək təcrübəsi, idarəçilik qabiliyyəti, peşəkarlığı, kollektivlə işləmək bacarığı, insanlara münasibəti, qanunlara hörməti və ən əsası, öz məsuliyyətini dərk etməsi nəzərə alınmalıdır. Çünki yanlış kadr seçiminin bədəlini bəzən bir müəssisə deyil, bütöv kollektiv ödəyir. Daha təhlükəlisi isə odur ki, rəhbərin səriştəsizliyi nəticəsində yaranan narazılıq zamanla dövlətə, dövlət qurumlarına və ölkə rəhbərliyinə olan münasibətə də təsir göstərə bilər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda baş verənlər bu baxımdan ciddi suallar doğurur. Təxminən altı ay əvvəl kollecdə direktor dəyişikliyi edildi. Sabiq direktor Elşad Quluyev vəzifəsindən ayrıldı, onun yerinə Gülnar Qəhrəmanova təyin olundu.
Yeni rəhbərdən gözlənti böyük idi. Kollektiv dəyişiklik, yeni nəfəs, idarəçilikdə yenilik və problemlərin həlli gözlənilirdi. Lakin kollektivdən daxil olan məlumatlar və səsləndirilən narazılıqlar göstərir ki, gözləntilərlə reallıq arasında ciddi fərq yaranıb.
İddialara görə, yeni direktorun ilk günlərindən kollektiv daxilində müxtəlif anlaşılmazlıqlar meydana çıxıb. Bəzi əməkdaşlara verilən göstərişlərin tez-tez dəyişməsi, əvvəl deyilən sözlə sonrakı qərarın bir-birinə uyğun gəlməməsi, təcrübəli əməkdaşların mövqeyinə münasibət və idarəçilik üslubu narazılıq yaradıb.
Rəhbərlikdə əsas məsələ kresloda oturmaq deyil, kollektivə rəhbərlik edə bilməkdir
Əgər direktor kollektivin təcrübəli müəllimlərini özünə rəqib kimi görürsə, bu artıq idarəçilik problemi deyilmi? Əgər illərlə həmin müəssisədə çalışan, təcrübəsi və biliyi ilə seçilən müəllimlərin fikri nəzərə alınmırsa, onda rəhbərlikdən gözlənilən peşəkar idarəçilik haradadır? “Səhvim olub” demək kifayətdirmi?
Kollecdə ən çox müzakirə olunan məsələlərdən biri də fənn birləşməsi komissiyalarında aparılan dəyişikliklərlə bağlıdır.
Məsələn, uzun illər kollecdə çalışan, ixtisasca rus dili müəllimi Rəna Kəngərlinin FBK sədri vəzifəsindən uzaqlaşdırılması kollektivdə suallar doğurub. Daha sonra direktorun həmin müəllimə "sənə qarşı səhvim olub, mənə səhv məlumat veriblər" dediyi barədə məlumat yayılıb. Əgər bu söz həqiqətən deyilibsə, onda daha bir sual yaranır: Səhv məlumat əsasında verilmiş qərarın səhv olduğu etiraf edilirsə, həmin qərarın nəticəsi niyə aradan qaldırılmır?
Bir rəhbər öz səhvini etiraf etməyi bacarırsa, bu müsbət haldır. Amma rəhbərlikdə yalnız səhvi etiraf etmək yox, həmin səhvi düzəltmək də lazımdır. İşdən çıxarmaq ən asan yoldur?
Kollektivdən gələn digər məlumatlar da ciddi narahatlıq doğurur[/b]
İddialara görə, [b]bəzi müəllimlərin, laborantların və texniki işçilərin işdən azad edilməklə hədələndiyi, müəyyən əməkdaşların isə işdən uzaqlaşdırıldığı bildirilir. Xüsusilə ailəsinin əsas təminatçısı olan şəxslərin əmək münasibətlərinə xitam verilməsi məsələsi diqqətlə araşdırılmalıdır. Ramilə Bayramova və digər əməkdaşlarla bağlı qərarların hansı meyarlarla qəbul edildiyi ictimaiyyətə və kollektivə aydın şəkildə izah edilməlidir.
Dövlət müəssisəsində “mən belə istəyirəm” prinsipi ola bilməz. Orada qanun var, əmək müqaviləsi var, hüquq var, məsuliyyət var. Əgər işçi peşəkar deyil – bunun hüquqi əsaslandırması olmalıdır. Əgər işçi vəzifəsinə uyğun deyil – bunun obyektiv qiymətləndirilməsi aparılmalıdır. Əgər işçi qanunu pozub – bunun hüquqi proseduru tətbiq edilməlidir. Amma əməkdaşın taleyi şəxsi münasibətlərdən asılı vəziyyətə düşürsə, bu, artıq çox ciddi idarəçilik problemidir.
Davamiyyət jurnalı kimə və nə üçün verilib?
Kollecdə işçilərin davamiyyətinin qeydiyyatı ilə bağlı da maraqlı iddialar səslənir. Məlumata görə, kollecin işçilərinin davamiyyət jurnalının anbardarın ixtiyarına verilməsi kimi bir praktika mövcuddur. Əgər belədirsə, sual sadədir: Bu qərarın hüquqi əsası nədir? Dövlət müəssisəsində hər bir vəzifənin öz funksiyası var. Anbardarın işi ilə insan resurslarının, inzibati idarəetmənin və əmək intizamının uçotu eyni şey deyil.
Ona görə də bu məsələnin də aidiyyəti qurumlar tərəfindən araşdırılması vacibdir.
Qohumbazlıq iddiası varsa, araşdırılsın
Direktorun sürücüsünün onun yaxın qohumu – xalası oğlu olması barədə də məlumatlar yayılıb.
Bu məlumat doğrudursa, özü-özlüyündə məsələyə hüquqi qiymət verilməlidir. Əgər hər hansı qanun pozuntusu yoxdursa, məsələ aydınlaşdırılmalıdır. Əgər maraqlar toqquşması və ya digər qanun pozuntusu varsa, bunun da qarşısı alınmalıdır.
Dövlətin avtomobilindən şəxsi məqsədlərlə istifadə edilməsi barədə səsləndirilən iddialar isə daha ciddi məsələdir və yalnız rəsmi araşdırma ilə təsdiq və ya təkzib edilə bilər. Dövlət əmlakı şəxsi mülk deyil. Bu səbəbdən dövlət avtomobilinin hansı məqsədlə, kim tərəfindən və hansı marşrutlarda istifadə edildiyi aidiyyəti qurumlar üçün araşdırılması mümkün olan məsələlərdəndir.
İmtahan nəticələri, kredit sistemi və diplom məsələləri
Ən ciddi suallar isə kollecin tədris prosesinə aid məsələlərlə bağlıdır.
Tələbələrin imtahan nəticələrinin düzgün rəsmiləşdirilməsi, kredit sisteminin tətbiqi, diplomların hazırlanması və təhsil sənədlərinin düzgün tərtib olunması sadə texniki məsələ deyil. Bunlar tələbənin gələcəyinə birbaşa təsir edən məsələlərdir.
Kollecdə imtahan nəticələri ilə bağlı hər hansı uyğunsuzluq, sənədlərin qarışdırılması və ya məhv edilməsi faktı varsa, bu, mütləq şəkildə araşdırılmalıdır.
Eyni zamanda, məzunlara eyni tədris ili ərzində iki müxtəlif ixtisas üzrə diplomların verilməsi barədə səsləndirilən məlumatlar da ciddi araşdırma tələb edir.
Burada söhbət konkret olaraq Türkan Hacıyeva və digər əməkdaşların fəaliyyətindən deyil, ilk növbədə təhsil sənədlərinin rəsmiləşdirilməsi sisteminin necə işlədiyindən gedir. Əgər belə fakt yoxdur – bunu sənədlərlə göstərmək mümkündür. Əgər fakt varsa, məsul şəxslər müəyyən edilməlidir.
Müəllim qəbulu hansı qaydada aparılır?
Kollecə yeni müəllimlərin qəbulu ilə bağlı da suallar meydana çıxır. Müəllimlərin hansı meyarlarla seçildiyi, namizədlərin ixtisaslarının tədris etdikləri fənlərə uyğun olub-olmadığı və seçim prosesinin hansı normativ sənədlərə əsasən həyata keçirildiyi açıqlanmalıdır. Çünki dövlət kolleci şəxsi seçim meydanı deyil. Burada əsas meyar tanışlıq, yaxınlıq və şəxsi münasibət yox, bilik, ixtisas və peşəkarlıq olmalıdır.
Kollec inkişaf etməlidir, geriyə getməməlidir
Əvvəlki illərdə kollecin maddi-texniki vəziyyəti, cari təmir işləri və təsərrüfat məsələləri ilə bağlı müəyyən işlərin görüldüyü bildirilir. Hazırda isə kollecin təsərrüfat fəaliyyətinin vəziyyəti barədə də narazılıqlar səslənir.
Bütün bunlar bir-birindən ayrı götürüldükdə xırda görünə bilər. Amma hamısını bir yerə gətirəndə ortaya başqa mənzərə çıxır: İdarəçilik sistemi işləyirmi? Əgər işləyirsə, niyə kollektivdə bu qədər sual var? Əgər hər şey qanun çərçivəsindədirsə, niyə əməkdaşlar məhkəməyə müraciət etmək məcburiyyətində qalırlar? Əgər yeni rəhbər islahat üçün gətirilibsə, bu islahatın nəticələri haradadır?
Məhkəməyə gedən yollar niyə açılır?
İşçi rəhbərlikdən narazı qala bilər. Rəhbərlik də işçidən narazı qala bilər. Bu, əmək münasibətlərində mümkündür. Amma dövlət müəssisəsində mübahisənin son ünvanı məhkəmə olursa, burada artıq dayanıb düşünmək lazımdır. Çünki məhkəmə yolu işçi üçün həm maddi, həm mənəvi, həm də zaman baxımından ağır prosesdir. Əməkdaşlar məhkəməyə müraciət etməyə başlayırlarsa, ilk növbədə “niyə?” sualına cavab axtarmaq lazımdır.
Problem işçidədir, yoxsa idarəçilikdə? Bunu müəyyən etməyin ən düzgün yolu müstəqil və obyektiv araşdırmadır.
Nazirliyə suallar
Bu yazı ilə kimisə günahkar elan etmək məqsədi güdülmür. Əksinə, səsləndirilən iddiaların hamısının aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasını istəyirik. Çünki əgər məlumatlar əsassızdırsa, direktorun da özünü müdafiə etmək və həqiqəti ortaya qoymaq hüququ var. Əgər məlumatların bir hissəsi doğrudursa, onda qanun qarşısında məsuliyyət daşıyan şəxslər müəyyən edilməlidir. Ən təhlükəli vəziyyət isə həqiqətin bilinməməsidir.
Qazax Dövlət Sosial-İqtisadi Kolleci dövlət təhsil müəssisəsidir. Burada müəllimlərin hüququ, tələbələrin gələcəyi və dövlət vəsaitlərinin səmərəli idarə olunması məsələsindən söhbət gedir.
Ona görə də aidiyyəti qurumlara sualımız sadədir:
Qazax Dövlət Sosial-İqtisadi Kollecində son altı ayda aparılan kadr dəyişiklikləri və qəbul edilən idarəçilik qərarları araşdırılıbmı? İşdən azad olunan əməkdaşların hüquqlarına əməl olunubmu? Yeni işə qəbul prosesləri hansı qaydada həyata keçirilib? İmtahan nəticələri və diplomlarla bağlı səsləndirilən iddialar yoxlanılıbmı? Kollecin maliyyə-təsərrüfat fəaliyyəti audit edilibmi? Dövlət avtomobilindən istifadə ilə bağlı hər hansı araşdırma aparılıbmı?
Və ən əsası: Kollektivdə yaranmış narazılıqların səbəbi nədir?
Bu sualların cavabını nə sosial şəbəkələr, nə şayiələr, nə də şəxsi münasibətlər verməlidir. Cavabı sənədlər, qanun və obyektiv araşdırma verməlidir.
Əgər bütün bunlar sadəcə böhtan və əsassız iddialardırsa, bunu sübut etmək çox asandır. Əgər deyilsə...Onda artıq məsələ bir direktorun fəaliyyəti yox, dövlət müəssisəsində idarəçilik məsuliyyəti məsələsidir.
Və unutmayaq:
Dövlət müəssisəsində kreslo müvəqqətidir, qanun isə hamı üçün qalıcıdır.
Bakı şəhər Təhsil İdarəsində müvəqqəti anarxiya - İTTİHAM
"Azərbaycanda daimi olan bir şey var-müvəqqəti çətinlik ! Hara baxırsan müvəqqəti çətinliyə görə üzr istəyirlər. Di gəl ki, ömür bitir, bu müvəqqəti çətinlik bitmir ki bitmir. Elə paytaxtın təhsil sisteminə cavabdeh olan BŞTİ- də də hazırda müvəqqəti çətinlik hökm sürür..."
Tehsilmedia.com DİA-AZ-a istinadən xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Nicat Mahmudov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "İdarənin rəhbəri müvəqqəti icra edici olduğu üçün əməkdaşları da bu fani dünyaya müvəqqəti qonaq kimi baxırlar. Az qala idarənin qabağına “Bakı Şəhər Müvəqqəti Təhsil İdarəsi”, müdirin kabinetinin qapısına isə “müvəqqəti müdir” yazsınlar. İş o yerə çatıb ki, İdarənin əməkdaşları nə işlə məşğul olduqlarını belə bilmirlər. Deyirlər nə səlahiyyətimiz var, nə hökmümüz. Bütün səlahiyyətlər Agentliyin o "ədalət" carçısı olan Eşqinin əlindədir, onların kəsdiyi başa da sorğu-sual yoxdur. Bizlər elə kabinetlərdə oturub tik-toka baxmaqla, bəzi rəhbərliyə yaxın olan blogerlərin paylaşımlarını izləyib layk eləməklə günümüzü yubadırıq.
Srağagün etdiyimiz müraciətlərə heç bir cavab verilmədiyi üçün üz tutdum bu mötəbər idarəyə. Kaş ki getməyəydim, heç o mənzərəni görməyəydim. Ürəyimin ən dərin guşələrində təhsil sisteminin gələcəyinə bəslədiyim cüzi inam hissini heç o idarədə dəfn etməyəydim. Bir dövlət idarəsinin qəbul otağından çox bazar meydanını xatırladan mənzərə ilk baxışdan idarənin iş prinsipini gözlər önündə sərgiləyir. Hamı danışır, heç kim dinləmir. Hamı narazıdır, heç kim maraqlanmır. Kabinetlər orta əsr feodal qəsrlərindən daha alınmazdır, bu qapıları açmaq üçün cəngavər olmaq belə yetərsizdir. Tutalım ki, qapını bacarıb açsan da, kabinetdə heç kimi tapmayacaqsan. Çünki bu kabinetlərin bir də ehtiyat arxa qapısı var. Amma bu qapılar yanğın təhlükəsizliyi üçün nəzərdə tutulmayıb-şikayətçilərdən qaçıb gizlənmək üçün açılıb. Beləcə, BŞTİ-də qaçdı-tutdu oyunu gedir.
[b]Burada heç kim heç kimin şikayətini, müraciətini oxumur. Onsuz da cənab nazirimiz dedi ki, Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu anlamır. Deyəsən BŞTİ-də, ümumiyyətlə, heç kim oxuduğunu anlamır, ya da anlamaq istəmir. Çünki özün dövlət idarəsi olasan, amma heç bir şikayətə gözünün ucuyla belə baxmayasan, adamın inanmağı gəlmir. Elə bil sanki, Qarabağ zəfərimizin intiqamı bu yolla alınır. İndi adamın müdiri müvəqqəti olanda məgər hər şeyə ötəri, müvəqqəti bir şey kimi baxar? Heç olmasa, qəbul otağına yazın ki, "müvəqqəti anarxiyaya göyə üzr istəyirik. Hörmətlə, müvəqqəti rəhbərlik”. Biz də ümidimizi müvəqqəti də olsa, üzüb gözləyək.
BŞTİ-nin "müvəqqəti rəhbəri" Nərminə xanımın bu günlərdə məhkəmənin hökmü ilə 20.670 manat cərimələnməsi, qanunsuz olaraq işdən çıxartdıqları direktor müavinin öz vəzifəsinə bərpa olunması barədə məhkəmə qərarının verilməsi bir daha göstərir ki, idarənin fəaliyyəti heç bir tələbə cavab vermir. Əgər bir dövlət idarəsi edilən müraciətlərə cavab vermirsə, hər hansı problemi həll etmək səlahiyyətində deyilsə, ümumiyyətlə, onun qalmasına hansı ehtiyac var?
Əgər nəzərə alsaq, demək olar ki, eyni funksiyanı yerinə yetirən, iki qurum yaxın məsafədə fəaliyyət göstərir, bu da xeyli maliyyə itkisidir. Elə bu baxımdan çox hörmətli nazirimiz Sahil Babayev cənabının bu mövzuya diqqət göstərməsi hesab edirəm ki, məqsədəuyğundur.
Hanasısa bir Agentliyin ehtiyat qurumu kimi sürünən, əsassız qərarlar verən bir idarə paytaxtın təhsil sisteminə əlavə yükdür. Hesab edirəm ki, bu sahəyə cavabdeh olan şəxslər, xüsusilə Həsən Həsənli müəllim bu barədə düşünməlidir. Onun təhsil sistemində indiyə qədər atdığı addımlar müəyyən ümidlər yaratsa da, nədənsə paytaxtın təhsil sahəsində baş verən neqativ hallara qarşı seyrçi mövqe sərgiləməsi müəyyən suallar doğurur. Əcəba “dağ Məhəmmədə sarı gəlmədi də Məhəmmədmi dağa sarı gəldi?” şübhəsi adamı narahat edir. Mediada gedən bu qədər tənqidlər, şikayətlər Həsən müəllimi heçmi narahat etmir? Həsən Həsənli susur. Bəlkə, ancaq blogger yazılarını oxuduğu üçün ölkə gündəmindən tamamilə uzaq düşüb?
Vəziyyət olduqca təhlükəlidir. Sanki, qəsdən insanları dövlətdən narazı salmaq, vəziyyəti kritikləşdirmək istəyirlər. Onsuz da dövlətimizə qarşı minbir fitnə-fəsadın qurulduğu, təhlükəli ssenarilərin yazıldığı bir dönəmdə bütün bunlar kimlərin maraqlarına xidmət edir? Burada hamının maraqları qorunur-bircə dövlətdən başqa.