Məktəbəqədər təhsil - Təhsil Media
"Mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir" - Dövlət müəssisəsində FIRILDAQ
"Şikayətim 98 saylı uşaq bağçasındandır".
Tehsilmedia.org dia.az-a istinadən xəbər verir ki, bu barədə Leyla Türkmən adlı istifadəçi özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən övladımı dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qeydiyyat vasitəsilə qeydiyyatdan keçirmişəm və övladım həmin bağçaya qəbul olunub.
Qəbul ilə bağlı bağçaya yaxınlaşdıqda mənə bildirildi ki, övladımın yerləşdirildiyi qrup ödənişlidir. Bildirildi ki, dövlət bağçasının tərkibində özəl (ödənişli) qrup fəaliyyət göstərir və həmin qrup üçün müəyyən məbləğdə ödəniş edilməlidir.
Dövlət məktəbəqədər təhsil müəssisəsinə elektron qaydada qəbul olunmuş uşağın hansı əsasla ödənişli qrupa yönləndirilməsi və dövlət bağçasının tərkibində bu formada ödənişli qrupun fəaliyyət göstərməsinin hüquqi əsasları mənə aydın şəkildə izah edilməyib. Bununla əlaqədar olaraq, məsələnin araşdırılmasını, övladımın dövlət məktəbəqədər təhsil müəssisəsinə qəbulunun hansı əsaslarla ödənişli qrupla əlaqələndirildiyinin müəyyən edilməsini və həmin ödənişin hüquqi əsasının mənə rəsmi şəkildə bildirilməsini xahiş edirəm.
Həmçinin xahiş edirəm ki, dövlət bağçasına qəbul olunmuş uşaqlar üçün ödənişli qrupun seçilməsinin məcburi olub-olmaması və ödəniş etmədən dövlət hesabına fəaliyyət göstərən qrupda uşağın yerləşdirilməsinin mümkünlüyü araşdırılsın.
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyinə yeni verilmiş Nəsimi rayonundakı 355 nömrəli körpələr evi-uşaq bağçası və 357 nömrəli uşaq bağçası fəaliyyətə başlayıb.
Bu barədə Tehsilmedia.com-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, hər iki məktəbəqədər təhsil müəssisəsi 4 qruplu olmaqla müasir tələblər səviyyəsində qurulub. Bağçalar məktəbəqədər təhsil sahəsində müəyyən olunmuş normativ tələblərə uyğun olaraq uşaqların hərtərəfli inkişafı, təlim-tərbiyəsinin təşkili üçün zəruri maddi-texniki baza və şəraitlə təmin edilib. Müəssisələrdə azyaşlıların rahatlığı, təhlükəsizliyi məqsədilə hər bir detal diqqətdə saxlanılıb.
Qeyd edək ki, sözügedən bağçalara uşaqların qəbulu üçün qeydiyyat prosesi elektron sistem üzərindən həyata keçirilir. Valideynlər hər iki bağça üzrə bq.edu.az elektron qeydiyyat sistemi vasitəsilə növbəyə yazıla və müraciət edə bilərlər.
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Məktəb müəllimlərinin sertifikatlaşdırılmasında tətbiq olunan mexanizm dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər üçün də əsas götürüləcək.
Tehsilmedia.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İctimai Televiziyanın “Pressinq” verilişində bildirib.
O qeyd edib ki, tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması test imtahanı və müsahibə mərhələlərindən ibarət olacaq. Prosesdə təxminən 12 min tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Sertifikatlaşdırmanın noyabr ayında keçirilməsi planlaşdırılır:
Tərbiyəçi-müəllimlərin qeydiyyatı başlayır
Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması və uşaqların keyfiyyətli erkən inkişaf imkanlarına çıxışının genişləndirilməsi məqsədilə «Ailə tipli icma əsaslı məktəbəqədər təlim qrupları”na tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən namizədlərin qeydiyyatına başlanılır.
Bu barədə Tehsilmedia.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmək istəyən valideynlər, məktəbəqədər təhsil, məktəbəhazırlıq və ya ümumi pedaqoji təcrübəyə malik mütəxəssislər, erkən yaşlı uşaqların inkişafına töhfə vermək istəyən təşəbbüskar şəxslər, eləcə də şəxsi mənzilində və ya digər müvafiq məkanda təlim qrupunun təşkilinə şərait yarada bilən namizədlər müraciət edə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət edən şəxslərdən minimum tam orta təhsil səviyyəsi, uşaqlarla işləmək bacarığı və yüksək məsuliyyət hissi tələb olunur. Namizədlər xüsusi təlim proqramında iştirak etməyə hazır olmalı, eyni zamanda təqdim edəcəkləri məkan təhlükəsizlik və sanitariya-gigiyena normalarına tam cavab verməlidir.
Bununla yanaşı, təlim qruplarının fəaliyyəti hər qrupda 4–8 nəfər uşaq olmaqla, həftədə 4 gün və gündəlik 2–2,5 saatlıq tədris rejimi əsasında təkil edilir. Tədris prosesi oyun əsaslı və məktəbəhazırlıq yönümlü keçiriləcək, qrupların fəaliyyəti isə mentor və metodist heyəti tərəfindən mütəmadi olaraq dəstəklənəcək və monitorinq ediləcək.
Qeyd edək ki, müraciət üçün son tarix 23 sentyabr 2026-cı il olaraq müəyyən edilib. Müraciət zamanı təqdim olunan məlumatlar qiymətləndirildikdən sonra növbəti mərhələyə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bağçalara növbəyə yazılma prosesi davam edir
7 iyul 2026-cı il, saat 11:00-dan başlayan məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi davam edir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Tehsilmedia.com xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxunub
Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Tehsilmedia.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edib.
O, Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib.
Təqsirləndirilən şəxsin vəkili çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.
Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi mülki iddianın tam təmin olunmasını xahiş edib.
Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
“Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb. İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş kimi tanınıb.
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Bu gündən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Tehsilmedia.com xəbər verir ki, valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla edu.gov.az saytı vasitəsilə tanış ola bilərsiniz.
Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.
Özəl bağçalarla bağlı möhtəşəm yenilik
"Özəl bağçalarda dövlət dəstəyi ilə yerlərin sayı 10 minə çatdırılacaq".
Tehsilmedia.com xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.
Eşqi Bağırovun sözlərinə görə, valideyn-dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində qəbul yerlərinin sayı bu ildən 10 minə çatdırılacaq:
“Bu modelin mahiyyəti ondan ibarətdir ki, dövlət bağçalarında deyil, özəl bağçalarda dövlət dəstəyi hesabına valideynlər tərəfindən ödənilməli olan vəsaitin yarısı dövlət tərəfindən, dövlət büdcəsi hesabına təmin olunur. Burada da yüksək rəqəmlərlə tanış ola bilərsiniz. 10 minə yaxın yer son iki gün ərzində artıq valideynlərə elan edilib və qəbul prosesinə start verilib.
Təbii ki, əhatəlilik çox vacib mövzu olsa da, günün sonunda uşaqların qarşısına çıxan tərbiyəçilərin peşəkarlıq səviyyəsi də çox vacibdir. Bu da həm strategiyada, həm o cümlədən Agentliyin fəaliyyət planlarında prioritet istiqamətlərdən biridir.
Məktəbəqədər təhsil müəssisələri ümumilikdə Elm və Təhsil Nazirliyinin tabeliyinə keçəndən sonra bu sahədə atılan ilk addım tərbiyəçi-müəllimlərin, pedaqoji heyətin işə qəbulunun mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilməsi olmuşdur. Bu müddət ərzində 1300-ə yaxın tərbiyəçi-müəllim- ixtisaslı və müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən, həm test imtahanlarından, həm də müsahibə mərhələlərindən uğurla keçən kadrlar məktəbəqədər təhsil müəssisələrində işə başlayıb.
İkinci atılan addım mövcud məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi və pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə 12 minə yaxın tərbiyəçi bu prosesdə iştirak edib.
Növbəti aylarda isə tərbiyəçilərin peşəkar inkişafı və əməyinin stimullaşdırılması ilə bağlı növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb
olunmasıdır.
Bu gündən bağçaya növbəyə yazılma prosesi başlayır
Bu gün saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Qəbul prosesi myGov portalı vasitəsilə elektron formada həyata keçirilir.
Bu barədə Tehsilmedia.com-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Nəzərinizə çatdırırıq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Özəl bağçalara qeydiyyat başlayır- VİDEO
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır.
Bu barədə Tehsilmedia.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.
Valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.
Qeyd edilib ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.