Ekologiya - Təhsil Media
Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək - XƏBƏRDARLIQ
Noyabrın 17-də Yer kürəsində qısamüddətli maqnit qasırğası baş verə bilər.
Tehsilmedia.org xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın Telegram kanalında bildirilir ki, modellərə əsasən, zəif maqnit qasırğasının baş vermə ehtimalı 56 faiz, geomaqnit aktivliyin sarı (həyəcanlı) səviyyəyə çatma ehtimalı isə 35 faizdir. Heç bir geomaqnit pozuntunun qeydə alınmaması ehtimalı cəmi 9 faiz qiymətləndirilir.
Alimlər qeyd ediblər ki, maqnit qasırğası baş verərsə, onun qısamüddətli olacağı gözlənilir.
Məlumata görə, geomaqnit aktivlik artıq səkkiz gündür ki, yaşıl zonada qalır. Lakin çərşənbə axşamı Yer kürəsinin kiçik tac dəliyindən gələn pozulmuş Günəş küləyi axınının təsirinə məruz qalması səbəbindən bu göstərici dəyişə bilər.
Laboratoriyanın məlumatına əsasən, Günəşin səthində kifayət qədər çox ləkə müşahidə olunsa da, ulduzda aktivlik demək olar ki, yoxdur.
Belə ki, bazar günü Günəşdə dörd zəif alışma qeydə alınıb, daha bir zəif alışma isə bazar ertəsi səhər saatlarında baş verib.
Alimlər hazırda Günəşin əks tərəfində baş verən proseslər barədə məlumatın olmadığını bildiriblər. Bununla belə, həmin hissədə də aktivliyin aşağı olduğu ehtimal edilir.
Yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Günəşdə XXI əsrin rekordu təkrarlanıb
Noyabrın 7-də Günəşdə bir sutka ərzində 29 partlayış qeydə alınıb. Bu göstərici XXI əsrdə müşahidə olunan rekordun təkrarlanması deməkdir.
Tehsilmedia.org xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın açıqlamasında bildirilir ki, NOAA-nın beynəlxalq kataloquna əsasən, 2000-ci ildən bəri bir gün ərzində 29 Günəş partlayışı yalnız iki dəfə - 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da qeydə alınıb.
Sabahın hava proqnozu - 1 noyabr
Noyabrın 1-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Sabahdan hava dəyişəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə oktyabrın 13-də güclü külək əsəcək.
Tehsilmedia.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Sabahın hava proqnozu - 11 oktyabr
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Tehsilmedia.org-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Tehsilmedia.org xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, intensiv yağış yağacağı proqnozlaşdırılır.
Bəzi həssas ərazilərdə lokal subasma, dağ çaylarında qısamüddətli sel və daşqınların baş verəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi gözlənilir.
FHN intensiv yağıntılar zamanı mümkün sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağa, təhlükə yarandıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağa və xilasedicilərin çağırış və tövsiyələrinə əməl etməyə çağırıb.
İldırım çaxdığı zaman elektrik cihazlarının şəbəkədən ayrılması, telefonla danışılmaması, açıq havada elektrik xətlərinə, ildırımötürücülərə, navalça və antenalara yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq tövsiyə olunur. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın bitməsini gözləmək məsləhət görülür.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə edilir.
FHN, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməli olduğunu bildirib. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.
Oktyabrın ilk günü hava necə olacaq?
Sabah hava necə olacaq?
Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz 50-55 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.