Ali təhsil - Təhsil Media
Gəray Gəraybəyli: Kafedra müdirlərinin məsuliyyəti artırılmalıdır
Tədris prosesinin səmərəli təşkili və keyfiyyətinin təmin olunmasında kafedra müdirlərinin məsuliyyətinin artırılması zəruridir.
Tehsilmedia.org xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Böyük Elmi Şurasının iclasında deyib.
O, bu məqsədlə auditoriyalardan və digər tədris məkanlarından səmərəli istifadənin vəziyyətinin mütəmadi monitorinqinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
G.Gəraybəyli tədrisin keyfiyyətinin yüksəldilməsinin davamlı və sistemli proses olduğunu vurğulayıb. O, təhsil proqramlarının, tədris texnologiyalarının, innovativ yanaşmaların və qiymətləndirmə metodlarının müasir tələblərə uyğun mütəmadi olaraq təkmilləşdirilməsinin vacibliyinə diqqət çəkib.
G.Gəraybəyli elektron diplomların tətbiqi ilə əlaqədar növbəti ilin məzunlarının sənədlərinin əvvəlcədən və vaxtında hazırlanmasının vacibliyini vurğulayıb. Bununla yanaşı, 6-cı kurs tələbələrinin imtahanların təşkili, qiymətləndirmə meyarları və qarşıya qoyulan tələblərlə bağlı əvvəlcədən ətraflı məlumatlandırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Universitetin təhsil proqramlarının akkreditasiyaya hazırlığı məsələsinə də toxunan rektor bu prosesin indidən sistemli və məqsədyönlü şəkildə təşkil edilməsinin vacibliyini bildirib.
Qeyd olunub ki, akkreditasiya hazırlığı yalnız müvafiq sənədlərin hazırlanması ilə məhdudlaşmamalı, tədrisin təşkili və həyata keçirilməsi, təhsil proqramlarının məzmununun müəyyən edilmiş tələblərə uyğunluğu, qiymətləndirmə mexanizmləri, tədris resursları və digər mühüm istiqamətləri əhatə etməlidir.
ADNSU "Alimlər portalı"nı ictimaiyyətə təqdim edib
Sentyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, akademik Azad Xəlil oğlu Mirzəcanzadənin elmi irsinin təbliği və rəqəmsal mühitdə əlçatanlığının təmin edilməsi məqsədilə hazırlanmış elektron elmi irs və biblioqrafik məlumat bazasının, həmçinin “Alimlər portalı”nın təqdimatı keçirilib.
Tehsilmedia.com xəbər verir ki, tədbirdə Kitabxana İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova yeni layihə və elektron məlumat bazası haqqında məlumat verib. O, layihənin əsas məqsədinin akademik Azad Mirzəcanzadənin zəngin elmi irsinin sistemləşdirilərək rəqəmsal mühitdə daha əlçatan hala gətirilməsi, alim haqqında məlumatların vahid platformada toplanması və gələcək nəsillərə çatdırılması olduğunu bildirib.
Təqdimat zamanı “Alimlər portalı”nın strukturu, məzmunu və istifadə imkanları iştirakçıların diqqətinə çatdırılıb. Elektron məlumat bazasında akademikin həyat və fəaliyyəti, elmi yaradıcılığı, əsərləri, elmi istiqamətləri, mükafatları, pedaqoji və akademik fəaliyyəti, eləcə də zəngin elmi irsi ilə bağlı məlumatlar sistemləşdirilib və rəqəmsal formatda təqdim olunub.
Tədbirdə Yer elmləri və neft mühəndisliyi fakültəsinin dekanı, professor Elman İskəndərov, professor Qafar İsmayılov, Neftqazelmitədqiqatlayihə İnstitutunun əməkdaşı, akademik Azad Mirzəcanzadənin tələbəsi Elçin Kazımov, Neft-qaz mühəndisliyi kafedrasının müdiri, dosent İnqlab Əliyev və fakültənin digər müəllimləri çıxış ediblər. Çıxışlarda akademik Azad Mirzəcanzadənin Azərbaycan elminin inkişafında mühüm rolu, neft-qaz mühəndisliyi və digər elm sahələrinə verdiyi töhfələr, elmi məktəbinin formalaşmasındakı xidmətləri diqqətə çatdırılıb. Eyni zamanda alimin zəngin elmi irsinin qorunaraq rəqəmsal mühitdə gələcək nəsillərə çatdırılmasının, onun elmi fəaliyyətinin sistemli şəkildə öyrənilməsi və təbliğinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, “Alimlər portalı”na scientists.asoiu.edu.az ünvanı vasitəsilə daxil olmaq mümkündür.
AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Azərbaycan Texniki Universiteti (AzTU) dayanıqlı inkişaf və “yaşıl universitet” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin nəticəsi olaraq “UI GreenMetric World University Rankings 2026” reytinqində Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb.
Tehsilmedia.com xəbər verir ki, “UI GreenMetric” dünya universitetlərini dayanıqlı inkişaf prinsiplərinin tətbiqi, ekoloji məsuliyyət və kampusların davamlı idarə olunması üzrə qiymətləndirən beynəlxalq reytinq sistemlərindən biridir. Qiymətləndirmə universitetlərin infrastruktur və kampus mühiti, enerji və iqlim dəyişikliyi, tullantıların idarə olunması, su resurslarından səmərəli istifadə, nəqliyyat, eləcə də təhsil və tədqiqat sahələrində həyata keçirdiyi fəaliyyətləri əhatə edir.
AzTU-nun Azərbaycan üzrə ilk üçlükdə qərarlaşması universitetdə dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqi istiqamətində görülən işlərin nəticəsini əks etdirir.
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
2026/2027-ci tədris ilində yeni qəbul olunmuş tələbələr arasında təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan 10 ali təhsil müəssisəsi üzrə göstəricilər açıqlanıb.
Tehsilmedia.com xəbər verir ki, 3 avqust - 24 sentyabr 2026-cı il tarixlərini əhatə edən məlumatlara əsasən, TTK-dan ən çox yararlanan tələbələrin sayı Azərbaycan Dövlət İqtisad Universitetində 452 nəfər olub.
Sonrakı yerlərdə Bakı Slavyan Universiteti (290 nəfər), Bakı Dövlət Universiteti (289 nəfər), Azərbaycan İdman Akademiyası (277 nəfər), Bakı Avrasiya Universiteti (275 nəfər), Azərbaycan Texniki Universiteti (220 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universiteti (218 nəfər), Azərbaycan Dillər Universiteti (204 nəfər), Azərbaycan Universiteti (204 nəfər) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (196 nəfər) qərarlaşıb.
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
“Ali təhsilin üç pilləsi var: bakalavriat, magistratura və doktorantura. Bilirik ki, bakalavriat səviyyəsində adətən daha çox ixtisas və ümumi biliklər öyrədilir, magistratura səviyyəsində isə artıq sırf ixtisaslaşma istiqamətində biliklər mənimsənilir. Doktorantura isə təbii ki, elmi tədqiqatlar üzərində çalışılması və onların nəticələrinin fəlsəfə doktoru elmi dərəcəsi ilə təsdiqlənməsindən ibarətdir”.
Tehsilmedia.com xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında “Elm” İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev bildirib.
“Magistratura təhsili ali təhsilin ikinci pilləsi sayılır və belə deyək ki, bizim şifahi olaraq bildiyimiz, tam ali təhsil kimi beynimizdə qalan bir anlayış var. Yəni hansısa ali təhsil müəssisəsini bitirən şəxslər yarımçıq təhsil almış hesab olunmur, ali təhsil almış sayılırlar. Ancaq ali təhsilin ikinci pilləsi olduğuna görə magistratura adlandırılaraq tam ali təhsil kimi qəbul edilir.
Ümumiyyətlə, magistratura təhsili almaqla bağlı, onun önəmi ilə bağlı son zamanlar bir çox suallar verilir və onların içərisində, təbii ki, marağın azalması ilə bağlı məsələlər də var. Bunun əsas səbəblərindən biri odur ki, magistratura təhsilinin önəmi işə qəbul zamanı nisbətən azalıb. Ən xüsusilə də burada əməkhaqqı differensiasiyasında fərq olmadığına görə maraq nisbətən azalıb”, - deyə o vurğuladı.
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
UNEC ilə “Bank Respublika” ASC arasında 13 oktyabr 2021-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsinin kollektivi Masazır gölü ətrafında təmizlik aksiyasında iştirak edib.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, fakültənin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr “Bank Respublika”nın komandası, eləcə də Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd icra nümayəndəliyinin dəstəyi ilə keçirilən aksiyaya qoşulublar.
Ətraf mühitin qorunması və ekoloji məsuliyyətin təşviqinə həsr olunan aksiya zamanı göl ətrafındakı ərazi tullantılardan təmizlənib.
“Bank Respublika”nın ESG prinsiplərinə uyğun təşkil olunan aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə verməklə yanaşı, gənclər arasında ekoloji mədəniyyət və sosial məsuliyyətin gücləndirilməsi, onların ictimai əhəmiyyətli təşəbbüslərdə iştirakının təşviq olunmasıdır.
Aksiya tələbələrin sosial fəallığının artırılması, ekoloji dəyərlərə diqqətin gücləndirilməsi və birgə fəaliyyət çərçivəsində komanda ruhunun formalaşdırılması baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, UNEC və “Bank Respublika” arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq müxtəlif istiqamətlərdə, o cümlədən tələbələrin peşəkar və sosial inkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb. Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunur.
Universitetlərin distant tədrisi isə paytaxtdakı sıxlığın azalmasına xeyli təsir edib. Bu aspektdən çıxış edən Azərbaycan dili və ədəbiyyat müəllimi Muradxan Hüseynov təklif edib ki, Formula 1-dən əlavə, metroda təmir bitənə qədər də universitetlər onlayn olsun.
Bəs "28 May"  - "Nizami" metro stansiyaları arasında təmir işləri bitənə qədər universitetlərin onlayn olması mümkündürmü?
Tehsilmedia.com xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli redaktor.az-a açıqlamasında bildirib ki, Formula 1 başa çatana kimi Bakı şəhərində olan ali təhsil müəssisələrində tədrisin distant olması ilə bağlı qərar qəbul olunub:
"Amma il boyu, metroda təmir işləri başa çatana qədər belə ola bilərmi, inanmıram. Çünki bu, müəyyən mənada tələbələr arasında sui-istifadə hallarına gətirib çıxara bilər və proqramın tam mənimsənilməməsi halları müşahidə oluna bilər ki, bu, bir qədər arzulanan vəziyyət yaratmaz. Ancaq hələ əvvəllər də belə bir müzakirələr var idi ki, ali təhsil müəssisələrində humanitar ixtisaslar var ki, sıxlığın qarşısını almaq məqsədi ilə onlar distant tədris olunsun".
Onun sözlərinə görə, onlayn tədrisin laboratoriya şəraitində keçirilən ixtisasaslara, mühəndislik ixtisasına, dəqiq elmlərə tətbiqi çətin olar.
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Naxçıvan Müəllimlər İnstutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət müvafiq qərar verib. Hazırda Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb.
Tehsilmedia.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.
Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq:
28 universitet və təhsil müəssisəsinin iştirakı ilə sərgi keçiriləcək
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində (MTK) irimiqyaslı universitet sərgisi keçiriləcək. Təhsil ocağının 9-12-ci sinif şagirdləri üçün təşkil olunacaq sərgidə müxtəlif ölkələri təmsil edən 28 nüfuzlu universitet və təhsil müəssisəsinin rəsmi nümayəndələri iştirak edəcək.
Tehsilmedia.com xəbər verir ki, tədbirin əsas məqsədi şagirdlərin gələcək təhsil seçimlərini daha yaxından araşdırmalarına və düzgün karyera planlaması qurmalarına dəstək olmaqdır.
Sərgi çərçivəsində məktəblilər bakalavr proqramları, xaricdə təhsil imkanları, universitetlərə qəbul prosesi və təqaüdlərlə bağlı ən son və dəqiq məlumatları birbaşa müəssisə nümayəndələrindən öyrənə biləcəklər. Həmçinin, şagirdlər onları maraqlandıran bütün sualları rəsmi şəxslərə ünvanlamaq imkanı qazanacaqlar.
Tədbirin proqramı aşağıdakı kimidir:
Tarix: 9 oktyabr.
Saat: 09:30 - 10:30.
Məkan: MTK-nın idman zalı.
Hədəf auditoriyası: 9, 10, 11 və 12-ci sinif şagirdləri.
Universitetlərdə dərslər onlayn OLACAQ
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.
Bu barədə Tehsilmedia.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq. Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.